IQNA

Türkiyə "Cəfəri Alimlər Birliyi"nin rəhbəri:

Öz məktəbimizin gücünə inansaq və Allahla olsaq, məğlub olmarıq

9:47 - January 14, 2017
Xəbər sayı: 3481254
İstanbul "Zeynəbiyyə Hərəkatı"nın lideri ruhanilərin vəzifəsi barədə deyir: Şiə ruhaniləri Zeynəbiyyə hərəkatının gücünə inanmalı və bilməlidir ki, bu məktəb və hərəkat heç vaxt məğlub olmayacaqdır.

ساخت مسجد زیر شلاق کودتاچیان/حرکت زینبیه؛ آغازی برای دیده شدن شیعیان ترکیهİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səlahuddin Özgündüz İstanbul şiələrinin hamısının müxtəlif şəhərlərdən, o cümlədən İğdir və Qars (İran və Ermənistanla sərhəddə olan) şəhərlərindən olduğunu və özünün də İstambula 1978-ci ildə mühacirət etdiyini vurğulayaraq deyir: Təqribən İran İslam İnqilabının baş verdiyi illərdə şiələr İstambula hicrət etməyə başlamışdılar və elə həmin illərdə də bu şəhərin müxtəlif yerlərində məskunlaşdılar.

O əlavə edir: Həmin illərdə İstambulda şiələrin məscidi yox idi. Digər tərəfdən isə müxtəlif dəstələr şiələrin bu şəhərdə məscid tikməsini istəmirdilər. Amma biz çalışdıq və sonda nəticə əldə etdik.

Səlahuddin Özgündüz deyir: İlk məscidi tikmək istədiyimiz zaman məscid tikiləcək yer komunistlərin idi və istəyirdilər ki, cəmiyyəti nəzarət altında saxlamaq üçün məscidin idarə heyətində olsunlar, amma biz razılaşmadıq və sonda "Zeynəbiyyə Məscidi"ni orada tikdik.

Özgündüz vurğulayır: Şiələrin İstanbulda məscid tikməsinə müxalif olanlar məni xalq məhkəməsində edama məhkum etdilər və mən Ali Məhkəməyə müraciət edib problemləri dedikdən sonra məhkəmə bu hökmü ləğv edərək mənim proqramlarımı himayə də etdi.

Türkiyə Cəfəri Alimlər Birliyinin sədiri o zaman yerli camaatın, komunistlərin, mafiya və kürdlərin şiələrə qarşı olduqlarını açıqlayaraq davam edir: O zaman hökumət müxaliflərinin çeviriliş etdiyi zamanlar idi. Çevirilişçilər bizləri müxtəlif bəhanələr ilə şallaqlayırdılar ki, İstambulu tərk edək. Amma biz nə şəhəri tərk etdik və nə də məscid tikməyi. Və bu məscid tikmək inqilabı başqa şəhərlərə də sirayət etdi. O yerə qədər ki, indi hazırda bizim 50-dən çox şiə məscidi varımızdır.

Özgündüz deyir: Mənə olunan fiziki və mənəvi işkəncələr davam edirdi. Bir dəfə də 1990-cı illərdən sonra Azərbaycan şiələrindən birinə meyyit namazı qıldım. Buna görə də mənə şallaq vurdular. Bundan sonra mən baş nazirin görüşünə getdim və keçən 10 ildə mənə olunan əziyyətlər barədə ona danışdım. Bu görüşdən sonra mənə işkəncə verilmədi və gəlib sorğulamaq üçün aparanda da ehtiramla aparırdılar.

İstanbulun "Zeynəbiyyə hərəkatı"nın təsisçisi bu hərəkətin İstanbul şiələri tərəfindən başladılması barədə deyir: İstanbula hicrət etdiyimiz zamandan biz Həzrət Zeynəb (s) hərəkatını başlatdıq və məscid olmasaydı da biz davam edəcəkdik. Çünki bizim məktəbimiz Zeynəb (ə) məktəbidir və buna görə də ilk məscidimizin də adını "Zeynəbiyyə məscidi" qoyduq. Və İstanbulda yaşayan hər bir şiə ailəsində bir Zeynəb adı vardır və İstanbul şiələri sözün əsil mənasında "Zeynəbi" olublar.

ساخت مسجد زیر شلاق کودتاچیان/حرکت زینبیه؛ آغازی برای دیده شدن شیعیان ترکیه

İstanbulun Zeynəbiyyə məscidinin Cümə imamı deyir: "Zeynəbiyyə" hərəkatının təşkil olunması ilə də şiələrin elmi, mədəni, ictimai və digər sahələrdəki fəaliyyətləri də geniş miqyas almağa başladı. Hətta idman zallarına kimi tikdik və idman tağımları təşkil etdik. Çap və nəşriyyatla məşğul olduq, şiə kitablarını türkcəyə tərcümə və çap etdik.

O sözünün davamında deyir: Həmin zamanlarda idi ki, "Ələmdar" qəzeti və radiosunu təsis etdik. Radionu dövlət tətil etdi, qəzet isə maddi problemlərə görə tətil olundu. "Cam" və "Kanal12" televiziya kanalları ilə həmkarlıq edirik və bunun kənarında internet üzərindən "Zeynəbiyyə Tv"ni işlədirik.

"Türkiyə Cəfəri Alimlər Birliyi"nin sədiri şiələrin İstambulda tanınması Zeynəbiyyə hərəkatına borclu bilir və deyir: Əgər Zeynəbiyyə hərəkatı olmasaydı və şiələr bir-birinin ətrafına toplanmasaydılar, bu gün şiə uşaqları ya solçulardan idilər, ya da Fəthullah Gülən kimi cərəyanı kimi saxta sektalara qoşulmuşdular. Amma Zeynəbiyyə hərəkatı bunun qarşısını aldı və cavanları İlahi səngər olan məscidə cəzb edə bildik.

O, Zeynəbiyyə hərəkatının keçən illər ərzində icra etdiyi proqramlara işarə edərək dedi: Zeynəbiyyə hərəkatı tərəfindən hər il izlənilən və yerinə yetirilən proqramlardan biri də hər il Aşura mərasiminin Halqalıda keçirilməsidir. Bu mərasimdə məddahlıq edilir, mərsiyə və növhələr oxunur, məzhəbi teatr icra edilir və Türkiyənin şiə və sünni alimlərindən bir nəfər çıxış edir. Hər il minlərlə insanın iştirakı ilə keçirilən və milyonların izlədiyi bu əzəmətli mərasim UNESCO-da da qeydə alınıbdır. Bundan əlavə bu mərasim Türkiyənin prezident sarayında da iki saat müddətində keçirilir.

ساخت مسجد زیر شلاق کودتاچیان/حرکت زینبیه؛ آغازی برای دیده شدن شیعیان ترکیه

O deyir: Zeynəbiyyə hərəkatının həyata keçirdiyi maarifləndirici proqramlardan biri də İmam Hüseynin (ə) ƏRBƏİN mərasimidir ki, hər il Halqalıda Əhl-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilir. Bu proqram İstanbul tarixində ilk dəfədir icra edilir və bu mərasimdə şiələr, ələvilər və sünnilər iştirak edirlər.

Zeynəbiyyə hərəkatının rəhbəri vurğuladı: Hazırda Türkiyə şiələri bütün məzhəbi mərasimlərini azad şəkildə keçirirlər. Hər il məsumlarımızın viladət və şəhadət günlərini qeyd edirlər. Və İstanbulda hər məsumun adına bir məscidimiz olduğu üçün hər məsumun viladət və şəhadət mərasimi öz adına olan məsciddə keçirilir.

Səlahuddin Özgündüz şiələrin Türkiyədə bu günki siyasi vəziyyəti haqqında deyir: Türkiyə qanunlarına əsasən partiyalar öz proqramlarını cəmiyyət üçün açıqlayırlar və insanlar da qərara alırlar ki, hansı partiyaya və kimə rəy versinlər. Əlbəttə heç bir partiya hansısa din və məzhəbin tərəfindən çıxış edə bilməz və siyasət din, məzhəb, irq və milliyyət tərəfindən çıxış etmir. Türkiyədə baş verən siyasi dəyişikliklər bütün türkiyəlilər üçün eyni təsirə malikdir və belə deyil ki, əhl-sünnə siyasi baxımdan digərlərindən daha yaxşı vəziyyətdə olsunlar.

"Cəfəri Alimlər Birliyi"nin rəhbəri şiələrin digər dinlər və məzhəblər ilə əlaqələri barədə deyir: Biz təkrəngli bir cəmiyyət dalınca olmamalıyıq. Çünki belə bir cəmiyyəti arzulamaq faşist zehniyyətidir. Və mənim nəzərimcə rəngarəng cəmiyyət təkrəngli cəmiyyətdən daha yaxşıdır. Hamı bir cür fikirləşə və bir cür inanca malik ola bilməz. Əgər fikri, dini və etiqadi fərqlərimiz təbii olarsa, aradakı təbii ixtilaf münaqişələrə səbəb də olmaz. Fikri və dini fərqliliyə düşmən gözü ilə baxmaq cəmiyyət üçün xətərlidir.

O deyir: Bizim dediyimiz haqdır deyib tutdurmaq və digərlərini tamam batil saymaq düzgün deyil və daha yaxşıdır ki, müxtəlif fikirli və məzhəbli insanlar bir-birinin kənarında sülhlə yaşasınlar. Bizim şafei və hənəfilərdən acığımız gəlmir və onlar da Əhl-beyti (ə) sevirlər. Və bütün əhl-sünnə məscidlərində İmam Əli, Həsən və Hüseynin (ə) adları gözə dəyir və Türkiyədə İmam Əli, Həsən və Hüseynin (ə) adı olmayan bir məscid tapa bilməzsiniz.

ساخت مسجد زیر شلاق کودتاچیان/حرکت زینبیه؛ آغازی برای دیده شدن شیعیان ترکیه

Özgündüz vurğulayır: Biz çox rəngli bir cəmiyyətdə din və məzhəbləri nəzərə almadan yaşamağı bacarmalıyıq. Amma təəssüflər olsun ki, bəzən mətbuat və media insanları çaşdırır və məzhəblər arasında təfriqə yaratmaqla məşğul olurlar.

O, Türkiyə şiələrinin laik cəmiyyətlər əlaqəsi barədə deyir: Türkiyənin dindarları sekularlarla fərqli firkirlərə malik olsalar da və bir-birilərinin bəzi mövqelərini təsdiq etməsələr də bir yerdə yaşamağı bacarır və bunu zəruri hesab edirlər.

Özgündüz Ərdoğanın Suriya barədə siyasi mövqeyi barədə deyir: Mən bir türkiyəli vətəndaş kimi deyirəm ki, belə bir şəraitdə İraq və Suriyanın parçalanmasını ölkəmin xeyirinə hesab etmirəm. Və Ərdoğanın Suriya və İraq barədə yanlış siyasətinə etirazımız məzhəbi bir baxış deyil. Biz buna görə müxalifət edirik ki, onun siyasəti vətənimiz Türkiyənin zərərinə tamamlanır. Biz vətənimiz üçün ən yaxşılarını istəyirik. Amma hazırdakı Ərdoğan siyasi mövqeyni dəyişib və İraq və Suriyanın parçalanmasının əleyhinədir, biz də onu doğru bilir və dəstəkləyirik.

Cəfəri Alimlər Birliyinin rəisi son illərdə Türkiyə mətbuatında Suriya və İraq əleyhinə baş verən təxribatçı yayıma qarşı təəssüf etdiyini bildirərək deyir: Keçən illər ərzində Türkiyə mətbuatı cəmiyyət yanlış məlumat ötürdülər və camaatı doğru xəbərlərdən məhrum etdilər. Amma Türkiyə, İran və Rusiya arasında ittihad yaranarsa, cəmiyyətin də ümumi baxışı düzələcəkdir. Və ümid edirəm ki, Suriya məsələsində bu üçlüyün vəhdəti regionda parçalanmanın qarşısını alacaq. Çünki Türkiyənin maraqları İran, Suriya, İraq və Rusiya ilə üst-üstə düşür, NATO və Avropa ilə deyil. Biz regionda parçalanmanın əleyinəyik, halbuki Avropa və NATO regionu parçalamaq istəyir. Və Türkiyədə baş verən terror hadisələri, o cümlədən Rusiya səfirinin öldürülməsi də bu parçalama planının bir hissədir.

Özgündüz Türkiyə və İsrail yaxınlaşması məsələsində müsəlman xalqın mövqeyi barədə deyir: Fələstin fələstinlilərindir və İsrail tərəfindən işğal edilib və biz Fələstini müdafiə etməliyik. Biz işğalı pisləyir və məzlumun tərəfdarıyıq. Amma məzlumun özündən çox onun haqqını müdafiə etmək "aşdan isti kasa" olmaq və ifratdır.

ساخت مسجد زیر شلاق کودتاچیان/حرکت زینبیه؛ آغازی برای دیده شدن شیعیان ترکیه

O, sözlərinin davamında Ərəbistan şiələrinə olan təzyiqlərdən danışaraq deyir: Ərəbistanda məhdudiyyət və təzyiqlərə məruz qalan təkcə şiələr deyil, bu ölkədə ümumiyyətlə azadlıq yoxdur. Heç kəs hakimiyyətin əleyhinə söz deyə bilməz. Ərəbistanda hətta şahzadələr də azad deyildir. Öz aralarında da yaxşı münasibətləri yoxdur. Belə bir şəraitdə ki, heç kim azad deyil, hətta əhl-sünnə belə, şiələrin azadlığa çıxmalarını gözləmək yersizdir. Ərəbistanda hamı insani və vətəndaş hüquqlarından məhrumdurlar. Onlar bu diktatorluğu Yəməndə də həyata keçirmək üçün ora hücum etdilər və ABŞ-dan silah alaraq günahsız müsəlmanları öldürürlər. ABŞ və İsrailin planlarına xidmət edirlər.

Türkiyə "Cəfəri Alimlər Birliyi"nin rəisi və Zeynəbiyyə hərəkatının rəhbəri müsahibəsinin sonunda şiə ruhanilərinin öhdəsinə düşən vəzifələrdən danışaraq deyir: Allahın iki höccəti var: Vəhy və Ağıl. Biz şiə ruhaniləri də ağıl və məntiq əsasında hərəkət etməliyik. Necə ki, Əhl-Beyt də bizə bunu sifariş və tövsiyə ediblər. Öz din və məzhəbimizi başqalarına məcbur yükləməyə çalışmamalıyıq. Biz öz əməlimizdə göstərməliyik ki, məzhəbimiz yaxşıdır, biz yaxşı insanlarıq və məzhəbimizi öz gözəl əməllərimizlə təbliğ etməliyik.

O vurğulayır: Ruhanilər özünə inanmalıdır, öz məktəbi inanclarına sıx bağlanmalıdır və bilməlidir ki, İmam Hüseyn (ə) və Həzrət Zeynəb (ə) məktəbi heç vaxt məğlub olan deyil. Buna inanan ruhani də məğlub olmayacaq. İnanmalıyıq ki, Allah bir kəsi ucaltmaq istəsə heç kim onu yerə vura bilməz və Allah bir kəsi yerə vursa, heç kim onu qaldıra bilməz. Allahla olsaq, məğlub olmarıq. 

LEYLA Məhəmmədi

captcha