IQNA

Nigeriyada partlayış: Çox sayda ölü və yaralı

12:13 - January 14, 2017
Xəbər sayı: 3481256
Alınan məlumta görə, Nigeriyanın Madaqali şəhərində silsilə terror aktları baş verib.


Nigeriyada partlayış: Çox sayda ölü və yaralı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Nigeriya polisindən bildiriblər ki, ölkənin şimal-şərqində baş vermiş partlayış nəticəsində azı 15 nəfər həlak olub.

Hadisə ölkənin Adamava ştatının Madaqali şəhərində yerləşən bazarda terror-kamikadzenin özünü partladması nəticəsində baş verib. Hazırda heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Eyni zamanda AFP isə bildirib ki, Nigeriyanın bu şəhərində 3 partlayış baş verib. Nəticədə 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Partlayışlar nəzarət-keçid məntəqəsində, hərbi postda və avtobus stansiyasında baş verib. Ölkə hakimiyyəti hesab edir ki, bu 3 partlayışı "Boko Haram” terror təşkilatı törədib.

Teqlər: nigeriya ، partlayış ، ölü ، yaralı ، İslam ، quran ، iqn
captcha