IQNA

Moskva ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb

15:44 - February 23, 2017
Xəbər sayı: 3481387
Sərdar Hacıhəsənlinin gənclər sahəsində gördüyü işlərə diqqət çəkən ruhanilər, onun ömrünü Azərbaycan gəncliyinin mənəvi və düz yola yönəltməyə həsr edən bir ruhani kimi tanındığını vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Moskva ruhaniləri Şeyx Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı bəyanat yayıb.
BəyanatdaSərdar Hacıhəsənlinin həbs edilməsi dövlət və xalq arasında mövcud olan münasibətləri pozmaqda məqsəd güdən şəxslərin çirkin əməli olduğu göstərilir.
"Azərbaycan Respublikasında dövlət və xalq arasında münasibətlərin pozulmasımda maraqlı olan qüvvəllər öz növbəti çirkin əmməllərini bu dəfə Azərbaycan xalqının ləyaqətli və məşhur ruhanilərindən olan ŞeyxSərdar Hacıhəsənlini şərləyərək barmaqlıqlar arxasına göndərməklə təzahür etdi”, - bəyanatda bildirilir.
Sərdar Hacıhəsənlinin gənclər sahəsində gördüyü işlərə diqqət çəkən ruhanilər, onun ömrünü Azərbaycan gəncliyinin mənəvi və düz yola yönəltməyə həsr edən bir ruhani kimi tanındığını vurğulayıb.
Moskva ruhaniləri vurğulayır ki, bu işlə "Azərbaycanı beynəlxalq insan hüquqlarını qoruyan təşkilatların qarışısında çıxılmaz vəziyyətdə qoyan kəslər bunu bilməlidilər ki onların adı Azərbaycanın tarixində mənfi şəkildə qalacaq”.
Ruhanilər heyəti bu qəbil işləri, xüsusi ilə ŞeyxSərdar Hacıhəsənlinin həbs olunmasını qətiyyətlə pislədiyini bildirib. Moskva ruhaniləri aidiyyatı qurumlara müraciət edərək, bu özbaşnazlığın qarşısının alınmasını və Azərbaycan xalqının sevimli ruhanisi olan Şeyx Sərdar Həsənlinin qeyd-şərtsiz azad olunmasını istəyib.
(maide.az)


captcha