IQNA

Yüzlərlə "rohingiya"lı qaçqın Myanmara qayıtdı

0:54 - February 24, 2017
Xəbər sayı: 3481389
Myanmarda hərbi əməliyyatların dayandırılması barədə elanın ardınca yüzlərlə "rohingiya"lı müsəlman Arakan əyalətindəki kəndlərinə qayıtdılar.

Yüzlərlə

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmarda hərbi əməliyyatların dayandırılması barədə elanın ardınca yüzlərlə "rohingiya"lı müsəlman Arakan əyalətindəki kəndlərinə qayıtdılar.

ARAKAN xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, dörd ay öncə Myanmar silahlı qoşunlarının Rohangiyada keçirdiyi hərbi əməliyyatlara görə öz yurd- yuvasında didərgin düşmüş və xaricə ölkələrə sığınmış müsəlman qaçqınlar Myanmarda hərbi əməliyyatların dayandırılması barədə elanın ardınca yüzlərlə "rohingiya"lı müsəlman Arakan əyalətindəki kəndlərinə qayıtdılar.

Ku Kulin – Banqladeşdə yaşayan "rohangiya"lı aktivist, bu barədə deyir: Myanmara qayıdanların bu ümidlə qayıdıblar ki, yenə də ailələrini öz bir yerə toplayıb yaşaya biləcəklər. Amma eyni halda da myanmarlı rəsmilərin pis rəftar edəcəklərindən nigarandırlar.

Myanmar silahlı qoşunlarının Rohangiyada keçirdiyi hərbi əməliyyatlar Banqladeş sərhədlərində 9 polisin öldürülməsindən sonra başlamışdı ki, bu əməliyyat 40 min nəfər "rohangiya"lı müsəlmanın öldürülməsi, qadınlarına qarşı təcavüz, müsəlmanların qaçqın düşməsi və kəndlərin yandırılması nəticələndi.

BMT- nin İnsan Haqları Təşkilatının ali komissarlığının verdiyi hesabata görə, Myanmar silahlı qoşunları Rohangiyada keçirdiyi hərbi əməliyyatlar zamanı vəhşicəsinə cinayətlər törətmiş, insanları mühakimə etmədən edam etmiş, uşaqları oğurlayıb və öldürmüşlər, yeni doğulan uşaqları qətliam etmiş və kəndləri yandıraraq yerlə yeksan etmişlər. Bu hesabatda deyilir ki, genosid hədəfi ilə keçirilən bu əməliyyat hərbi cinayətdir.

http://iqna.ir/fa/news/3577363


captcha