IQNA

Misirli şagirdlərin Quran hifzi yarışları sona yetdi

9:46 - February 25, 2017
Xəbər sayı: 3481394
Misirin orta məkbət şagirdləri arasında keçirilən "Milli Quran Hifzi və İslam Maarifi Yarışları"nın final mərhələsi dünən, 24 Fevral 2017-ci il, başa çatıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) "egynews.net" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin orta məkbət şagirdləri arasında keçirilən "Milli Quran Hifzi və İslam Maarifi Yarışları"nın final mərhələsi dünən, 24 Fevral 2017-ci il, başa çatıb.

Misirin Təhsil Nazirliyi tərəfindən keçirilən və 2016- 2017-ci təhsil ili üçün nəzərətdə tutulmuş "Milli Quran Hifzi və İslam Maarifi Yarışları"nın final mərhələsi "Əlcəzirə" əyalətinin "Ələucə" rayonunda Misir məktəblərinin ümumi qərargahında keçirilib.

Bu yarış cari həftənin "cüməaxşamı" və "Cümə" günləri (23 və 24 Fevral 2017-ci il) Misirin Dini Tərbiyə Dərslərinin Genişləndirilməsi idarəsinin nəzarəti ilə baş tutub.

Mahmud Fuad Əbul-Eynəyn - Misirin Dini Tərbiyə Dərslərinin Genişləndirilməsi idarəsinin direktoru, bu barədə dedi: Misirin müxtəlif əyalət və rayonlardan 580 nəfər şagird bu yarışlara qatılmışdı ki, Quran-Kərimin hifzi və İslam Maarifi üzrə rəqabət apardılar. Yarışların sonunda 9 nəfər finalist oldu ki, onlar da 1-ci yerdən 9-cu yerədək rütbələri qazanmaq üçün yarışacaqlar. Bundan sonra isə final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi Misirin Təhsil Naziri Tariq Şövqinin iştirakı ilə keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3577790


Teqlər: quran ، iqna ، misir ، quran yarışları
captcha