IQNA

Vüqar Babayev açıqladı:

Naxçıvanlıların Quran qiraətini öyrənmək istəyi inkişaf üzərədir

6:45 - February 26, 2017
Xəbər sayı: 3481395
Naçxıvanlıların dini mövzuları öyrənmək üçün maraqları inkişaf xətti üzərədir. Və yaxın gələcəkdə Naxçıvanın yeni təsis edilmiş dini mədrəsəsinin məzunlarının sayının çoxluğunun şahidi olacayıq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Təbliğat İdarəsi"nin rəsmi xəbər və informasiya blokuna istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Naxçıvandakı Mədəni Əlaqələr İdarəsinin məsulu Hüseyn Ağazadə ilə Naçxıvanın Dini İşlər İdarəsinin rəisi Vüqar Babayev arasında görüş və dialoq baş tutub.

Vüqar Babayev -Naçxıvanın Dini İşlər İdarəsinin rəisi, İran İslam Respublikasının Naxçıvandakı Mədəni Əlaqələr İdarəsinin məsulu ilə görüşündə regionda Qurani- Mədəni əlaqələrin genişləndirilməsinin zəruriliyinə işarə edərək dedi: Naxçıvanlıların Quran qiraətini öyrənmək istəyi inkişaf üzərədir və daima artmaqdadır.

Naçxıvanın Dini İşlər İdarəsinin rəisi Vüqar Babayev görüş zamanı vurğulayıb: Naçxıvan əhalisi gündəlik dini mövzuları və Quran- Kərim qiarətini öyrənmək üçün maraqlıdırlar və bu maraq inkişaf xətti üzərədir. Və yaxın gələcəkdə Naxçıvanın yeni təsis edilmiş dini mədrəsəsinin məzunlarının sayının çoxluğunun şahidi olacayıq.

Vüqar Babayev -Naçxıvanın Dini İşlər İdarəsinin rəisi, Naxçıvanın 2018-ci ildə İslam dünyasının mədəni paytaxtı elan edilməsinə işarə edərək dedi: Bu münasibətlə Məşhəd şəhərinə səfərim Məşhəd şəhərinin 2017-ci ildə İslam dünyasının paytaxtı seçilməsi mərasimində iştirak etməyim mənim üçün yaxşı fürsət idi ki, "Naxçıvan; İslam Dünyasının Mədəni Paytaxtı 2018" proqramı üçün təcrübə qazanım. Və elə bu səfərdən dərhal sonra "Naxçıvan; İslam Dünyasının Mədəni Paytaxtı 2018" mərasiminin keçirilməsinə nəzarət komitəsinə müxtəlif proqramlar layihəsi hazırlayıb təqdim etdim.

İran İslam Respublikasının Naxçıvandakı Mədəni Əlaqələr İdarəsinin məsulu Hüseyn Ağazadə müqəddəs Məşhəd şəhərində keçirilən mərasimə Azərbaycan və Naxçıvan dini işlər idarələri heyətlərinin səfərini sevindirici bir hal və faydalı hesab edərək dedi: İran İslam Respublikasının Naxçıvandakı Mədəni Əlaqələr İdarəsi tam səmimiyyətlə "Naxçıvan; İslam Dünyasının Mədəni Paytaxtı 2018" mərasiminin ən yüksək səviyyədə keçirilməsi üçün həmkarlıq etməyə hazırdır.

Qeyd edək ki, hazırda Naxçıvanın "Əz-Zəhra (s) məscidi"nin dini mədrəsəsində İslami şəriət hökmləri kursları təşkil edilib və Naxçıvan Muxtar Respublikasının Ali Şurasının verdiyi qərara görə, Naxçıvan qalasında tikilməkdə olan və 2018-ci ildə istifadəyə veriləcək Məscid Kompleksinin bir hissəsi dini mədrəsə kimi fəaliyyət göstərəcəkdir.



captcha