IQNA

Məhəmmd Əlinin oğlu Florida hava limanında sorğulandı

7:16 - February 26, 2017
Xəbər sayı: 3481396
Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida əyalətinin hava limanında saxlanılaraq "müsəlman olmaq" ittihamı ilə sorğulandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünya boksunun əfsanəsi Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida əyalətinin Fort-Loderdeyl hava limanında saxlanılaraq "müsəlman olmaq" ittihamı ilə sorğulandı.

Bu barədə Məhəmməd Əlinin oğlunun vəkili Kris Mançini məlumat yayıb. Hadisə bu ayın 7-si Məhəmməd Əli Cunior anası Xəlilə Əli ilə birlikdə Yamaykadan Floridaya geri qayıdarkən baş verib.

Məlumata əsasən, miqrasiya xidmətinin əməkdaşları əfsanəvi boksçunun 44 yaşlı oğlunu 2 saatlığına saxlayıb. Sorğu zamanı onun adı və dini mənsubiyyəti haqda 2 dəfə sual verilib.

Məhəmməd Əlinin keçmiş yoldaşı isə saxlanılmamışdı, çünki onun üstündə boksçu ilə birgə çəkdirdiyi şəkil olub.

Boksçunun oğlu Məhəmməd Əli Cunior Filadilfiya əyalətində anadan olub və ABŞ pasportu və kimliyini daşıyır. Amma bununla belə hava limanının məmurları onun müsəlman olmasını bilə- bilə onu saxlayaraq sorğulayıblar.

Qeyd edək ki, məşhur boksçu Məhəmməd Əlinin oğlu fevral ayının əvvəlində ABŞ-ın Florida ştatında yerləşən Fort-Loderdeyl beynəlxalq hava limanında miqrasiya xidmətinin əməkdaşları tərəfindən 2 saatlığına saxlanılması məlumatı mediaya 24 fevralda ötürülüb.

Ailənin dostu və keçmiş federal prokuror Kris Mançininin sözlərinə görə, oğul Əlinin kriminal keçmişi yoxdur və o, ABŞ vətəndaşıdır.

"Bu çox biabırçı haldır. Tramp demişdi ki, onun qadağası dinə əsaslanmır. Bəs indi nəyə görə belə bir halın baş verdiyini bilmirəm.”, - deyə Mançini bildirib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl "ABŞ-ın terrorçuluqdan müdafiə edilməsinə dair” fərman imzalamışdı. Həmin fərmana əsasən, Suriyadan olan qaçqınların qəbulu qeyri-müəyyən müddətə, digər ölkələrdən olanların qəbulu isə 120 günlyününə dayandırılır, ölkəyə daxil olmaya aid qaydaların bəziləri sərtləşdirilir, həmçinin də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ölkə ərazisinə girişi dayandırılırdı.

Fərman ABŞ-la yanaşı, dünya ictimaiyyətində də birmənalı olaraq qarşılanmamışdı. Məhkəmə fərmanın qüvvədən düşməsinə dair qərar qəbul edib. Məsələ ilə bağlı verilmiş apelyasiya şikayəti bir nəticə verməyib. Daha sonra isə Tramp administrasiyası məlum məsələ bağlı gələcək təhqiqatlardan imtina edib. Administrasiya işarə edərək bildirib ki, prezidentin əvvəlki fərmanının müdafiəsinin əvəzinə, yeni sənəd hazırlayacaq. Yeni fərmanda məhkəmənin etirazları da nəzərə alınacaq.

http://iqna.ir/fa/news/3577968


Teqlər: iqna ، boks ، məhəmməd Əli ، abş ، florida
captcha