IQNA

Omanın paytaxı Məsqətin evsahibliyi ilə;

Fars körfəzi ölkələri cavanlarının Quran yarışları başladı

8:22 - February 27, 2017
Xəbər sayı: 3481401
Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına üzv ölkələrin cavanları arasında Quran və Hədis yarışları keçən həftənin şənbə günü, 25 Fevral 2017-ci il, Omanın paytaxtı Məsqətdə öz işinə başladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına üzv ölkələrin cavanları arasında Quran və Hədis yarışları dünən, keçən həftənin şənbə günü, 25 Fevral 2017-ci il, Omanın paytaxtı Məsqətdə öz işinə başladı.

Bu yarışlar Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasına üzv ölkələrin 40 nəfər nümayəndəsinin iştirakı ilə Məsqət şəhərinin "Sultan Qabus" came məscidində keçirilir.

Kəhlan ibn Nəbhan əl-Xərusi – Omanın baş müftisinin müavini, yarışların açılış mərasimində çıxış edərək dedi: Bu yarışlar Quran- Kərimin və İlahi vəhyin öyrənilməsi, hifzi və tilavətində mənəvi rəqabətlərin çoxalmasında çox dərin təsirə malidir. Və bu gün Fars körfəzi ölkələrinin cavanları Quran və Sünnəni gələcək nəsillərə ötürmək istedad və gücünə malikdirlər.

Məhəmməd ibn Said əl-Mənuri - Fars körfəzi ölkələri cavanlarının Quran yarışları keçirilməsi komitəsinin rəisi, bu barədə dedi: Quran və Hədis yarışları üç yaş qrupunda keçirilir və cari ilin Mart ayının 3-dək davam edəcəkdir.

Yarışlarda iştirak edən cavanlar 3 qrupda rəqabət aparırlar. Birinci qrupda 21- 25 yaş arası, ikinci qrupda 16- 20 yaş arası və üçüncü qrupda isə 11- 16 yaş arasında olan iştirakçılar yarışırlar.

http://iqna.ir/fa/news/3578461


captcha