Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, ölkə ruhanilərinin narahatlığını əks etdirən bəyanatı təqdim edir:
Bismillahir-Rəhmanir-Rəhim!
Biz, aşağıda imza edənlər, görkəmli ruhani, tanınmış ilahiyyatçı Hacı Sərdar Hacıhəsənlinin həbsi ilə bağlı dərin narahatlığımızı bəyan edirik.
Hacı Sərdar Hacıhəsənli (Hacı Sərdar Babayev) hörmətli ruhani olmaqla yanaşı, gözəl insan və nümunəvi vətəndaşdır. Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması hər kəsə bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq mövqeli bir insandır. Belə bir insanın cümə namazı qılmasına görə həbs etmək – anlaşılmaz və ağlasığmaz bir haldır.
Böyük təssüf hissi ilə bəyan edirik ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq, onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan yayınmamışdır və həbs üçün heç bir əsas verməmişdir.
Qanunlarımız insanların cəmlə ibadət etmək hüququnu birmənalı olaraq təsbit edir. Belə olan halda, Hacı Sərdar Hacıhəsənlinin camaatla namaz qılması kimləri narahat edə bilərdi ki? Hacı Sərdar Hacıhəsənli öz namazı ilə hansı təkfirçi–vəhhabi dairələri narahat etdi ki, nəticədə belə anlaşılmaz durum yarandı?
Hacı Sərdar Hacıhəsənlini cümə namazı qılmağa bölgənin rəsmi qazisi dəvət etdiyi halda, Hacı Sərdar hansı qanunları pozmuşdur?
Ölkəmizdə "İslam həmrəyliyi ili” elan olunan bir zamanda, Hacı Sərdar Hacıhəsənli kimi bir Əhli-Beyt (ə) ruhanisini həbs etmək, görəsən kimlərin planlarına aiddir?
Birmənalı olaraq, əminik ki, Hacı Sərdar Hacıhəsənlinin həbsi - əsassız və səhv addımdır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizə qarşı bir hörmətsizlikdir.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı çağırış edirik.
1. Hacı Əli Behişti |
21. Hacı İlqar Rəcəbov |
41. İlqar Kamil |
2. Hacı İlqar İbrahimoğlu |
22. Hacı Rəşad Həşimov |
42. Hacı Namiq Abışov |
3. Hacı İqbal Novruzov |
23.Hacı Telman Əsədullayev |
43. Hacı Fəxri İlyasov |
4. Hacı Əhliman Rüstəmov |
24.Hacı Cəmil Həsənov |
44. Hacı Yasin Əliyev |
5. Hacı İlqar Əliyev |
25. Hacı Əlzaman Əliyev |
45. Hacı Mahir Həziyev |
6. Hacı Əfqan Muradlı |
26. Seyid Ağalar Cabbarov |
46. Kərbəlayi Şamil Nərimanov |
7. Hacı Rizvan Atakişiyev |
27. Hacı Seyran Rzayev |
47. Hacı Mir Qasim Əliyev |
8. Hacı Bəxtiyar Hüseynov |
28. Hacı Siyasət Bağırov |
48. Hacı Rza Əliyev |
9. Hacı Mir Nemət Mirzəyev |
29. Hacı Abbas Abbasov |
49. Samid Paşayev |
10. Hacı Emil Rahiloğlu |
30. Hacı Süleyman Fərzəliyev |
50. Vüsal Hüseynzadə |
11. Hacı Azər Sericanov |
31. Hacı Rüfət Məmmədov |
51. Hacı Fizuli Şəfiyev |
12. Hacı Mir Mehdi Darafərin |
32. Hacı Eyvaz Baxşıyev |
52. Hacı Taleh Abbasov |
13. Eyvaz Abdullah |
33. Hacı Kərim Cəlilov |
53. Hacı Əbuzər Cəbiyev |
14. Hacı Cavid Oruczadə |
34. Hacı Seyid Zahir İbişov |
54. Hacı İlham Əliyev |
15. Hacı Natiq Lələyev |
35. Kərbəlayi Vəli Qardaşzadə |
55. Hacı Vasif Nəftullayev |
16. Hacı Fariz Xammədli |
36. Hacı Oktay Məmmədov |
56. Kərbəlayi Rza Şükürlü |
17. Hacı Elçin Manafov |
37. Hacı Asif Bağırov |
57. Hacı Əlihüseyn Nuri |
18. Famil Burxanoğlu |
38. Seyid Ağasəf Xurşidov |
58. Hacı Cəlal Şəfiyev |
19. Fərid Abdulla |
39. Hacı Vüqar İskəndərov |
59. Kərbəlayi Qədir Məmmədov |
20. Hacı Sahib Məmmədov |
40. Mir Kazım Əyyubov |