IQNA

Böyüklər arasında Quran hifzi yarışlarının ikincisi:

Quran- Kərimi bir il ərzində hifz etdim + Tilavət

19:21 - April 28, 2017
Xəbər sayı: 3481596
Yasir Əhməd (İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının böyüklər qrupunda Quran hifzi üzrə ikinci yerin qalibi) Quranı hifz etməyə 15 yaşında başlamış və bir il əzrində bütün Quranı əzbərləmişdir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışlarının böyüklər qrupunun suriyalı nümayəndəsi Yasir əl- Həmədin 25 yaşı var. O, 15 yaşında Quran- Kərimi əzbərləməyə başlamış və bir il ərzində bütün Quranı hifz edə bilmişdir.

Yasir əl- Əhməd (İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının böyüklər qrupunda Quran hifzi üzrə ikinci yerin qalibi) İQNA ilə müsahibəsində dedi: Qurani- Kərimi hifz etməyə on beş yaşında başladım və bir il əzrində bütün Quranı əzbərləyə bildim.

O, "sizin ilk qiraət ustadlarınız kimlər olmuşdur" sualının cavabında dedi: İlk ustadım Şeyx Məhmud Zətəri olub və Quran- Kərimi əzbərləməyimdə mühüm rolu olmuşdur. Digər ustadlarım da olub ki, çoxdurlar və hamısının adını bir- bir demək üçün fürsət yoxdur.

Suriyalı Quran hafizi yarışların keçirilmə səviyyəsinin çox yüksək dəyərləndirərək dedi: Bu yarışlar mənim iştirak etdiyim yarışların ən güclüsü idi və ümumiyyətlə bütün iştirakçılar ali səviyyədə hazırlıqlı idilər. Mən bundan öncə Əlcəzayirin beynəlxalq yarışlarında iştirak etmişdim və Quranın hifzi üzrə 5-ci yeri əldə etmişdim və bu yarışlar mənim ikinci tərcübəm idi.

Yasir əl-Əhməd İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının hakimlər heyətinin də işini yüksək qiymətləndirərək vurğuladı: Hakimlər heyətinin işi çox dəqiq idi və heyətin müxtəlif millətlərdən təşkil edilməsi təqdirə layiq hal idi.

Suriyalı hafiz müsahibəsinin sonunda İran yarışlarının yüksək səviyyədə təşkil edilməsindən, iranlıların qonaqpərvərliyindən və iştirakçıları gözəl qarşılamalarından danışaraq, yarışın təşkilatçılarına və İran dövlətinin məsullarına öz təşəkkürünü bildirdi.

http://iqna.ir/fa/news/3593743


captcha