İQNA-nın Anadolu Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində yaşayan və ailəsi tərəfindən məktəbə göndərilmədiyi üçün oxuyub yazmağı bilməyən Aişə Şimşək, 58 yaşında Quran təlimi kurslarında iştirak edib.
Bu mövzuyla əlaqədar AA müxbirinə danışan Aişə Şimşək kurslara iştirak etmədən əvvəl əlinə qələm də almadığını vurğulayaraq dedi: Quran təlimi kurslarında Ərəb dilini yazıb oxumağı da öyrəndim. Bundan əvvəl nə oxuya bilir, nə də ki yaza bilərdim.
Gecə saatlarında başladığı Quranı Kərimi yazmağa davam etdikcə dinclik tapdığını ve sabah azanına qədər oyaq qaldığını bildirən Aişə Şimşək, iki il ərzində 604 səhifəlik bir Quranı yazıb bitirdiyini ve bunun üçün də özünü çox xoşbəxt hiss etdiyini söyləyib.