IQNA

Müsəlman ölkəsi niqabı qadağan edəcək

12:52 - June 20, 2017
Xəbər sayı: 3481777
Qazaxstan yaxın gələcəkdə ictimai yerlərdə niqab və pərəncəni qadağan edəcək. Hazırda Din İşləri və Vətəndaş İctimaiyyəti üzrə Nazirlik müvafiq qanunlayihəsinin mətni üzərində işləyir.

Müsəlman ölkəsi niqabı qadağan edəcək

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Qazaxstan yaxın gələcəkdə ictimai yerlərdə niqab və pərəncəni qadağan edəcək. Hazırda Din İşləri və Vətəndaş İctimaiyyəti üzrə Nazirlik müvafiq qanunlayihəsinin mətni üzərində işləyir.

Üzüörtən geyimin qadağan edilməsi ilə yanaşı, qanunlayihəsi azyayşlıların dini fəaliyyətə qeyri-qanuni cəlb edilməsinə görə də məsuliyyətin sərtləşdirilməsini, həmçinin dini təşkilatların maddi şəffaflığının artırılmasını nəzərdə tutur.

Maraqlıdır ki, sənəddə ateistlərin haqlarının müdafiəsi və xaricdə dini təhsilin alınması şərtlərinə də xüsusi diqqətin ayrılması nəzərdə tutulur.

Teqlər: müsəlman ، iqna ، quran ، İslam ، qazaxstan ، məscid
captcha