IQNA

İŞİD-in Kərbəla şəhərinə hücumunun qarşısı alındı

13:21 - June 24, 2017
Xəbər sayı: 3481791
İyunun 23-də İŞİD terror təşkiatının İraqın Kərbəla şəhərinə hücum cəhdinin qarşısı Əl-Haşduş Şəbi qüvvələri tərəfindən alınıb.

İŞİD-in Kərbəla şəhərinə hücumunun qarşısı alındı

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Deyerler.org-a istinadən xəbər verir ki, İŞİD terrorçuların Kərbəlanın qərb bölgəsi istiqamətində hücum təşəbbüsü Əl-Haşduş Şəbi qüvvələrinin böyük səyi nəticəsində dəf olunub.

Bu əməliyyat çərçivəsində Əl-Haşduş Şəbi qüvvələri, bir çox təkfirçi terrorçunu öldürərək, onların Kərbəlada törətmək istədikləri amansız hücumlarına mane olublar.

Qeyd edək ki, İraqın baş naziri Heydər Əl-Əbadi yaxın günlərdə Mosul şəhərinin tamamilə azad edilməsinin açıqlanacağını qeyd edib.

captcha