IQNA

İŞİD liderinin yerini tuta biləcək terrorçuların adları açıqlandı

10:31 - June 25, 2017
Xəbər sayı: 3481792
İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin yerini, İraqın devrilərək edam edilmiş prezidenti Səddam Hüseynin ordusunda xidmət etmiş köməkçilərindən biri tuta bilər.

İŞİD liderinin yerini tuta biləcək terrorçuların adları açıqlandı

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin yerini, İraqın devrilərək edam edilmiş prezidenti Səddam Hüseynin ordusunda xidmət etmiş köməkçilərindən biri tuta bilər.

Terror təşkilatının rəhbərliyinə mümkün namizədlər arasında İraqın keçmiş zabitləri İyyad əl-Ubəydi və Ayyəd əl-Cuməyli var. Məlumata əsasən, adları çəkilən hər iki terrorçu Əbu Bəkr əl-Bağdadinin əvvəlki yardımçıları olmuş Əbu Əli əl-Ənbari və Əbu Ömər əş-Şişani məhv edildikdən sonra, onun ən əsas köməkçiləri oldular.

"Cuməyli Ubəydinin üstünlüyünü qəbul edir, lakin (hələ ki,) açıq-aşkar bir xələf yoxdur. Əbu Bəkr əl-Bağdadinin yerini, vəziyyətdən asılı olaraq, onlardan hər biri tuta bilər.”, - deyə bir sıra Yaxın Şərq ölkəsinin İŞİD-lə bağlı məsələlər üzrə məsləhətçisi Hişam əl-Haşimi bildirib.

Xatırladaq ki, bir müddət əvvəl məlumat yayılmışdı ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi, çox güman ki, məhv edilib. Terrorçunun may ayının 28-i Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbə nəticəsində məhv edildiyi ehtimal edilir.

captcha