IQNA

Avstriyada Qüds Günü yürüşü

12:40 - June 25, 2017
Xəbər sayı: 3481795
Verilən son məlumatlara əsasən, Avstriyanın paytaxtı Vyanada müsəlman əhalinin iştirakı ilə Ümumdünya Qüds Günü yürüşü təşkil edilib.

Avstriyada Qüds Günü yürüşü

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi xəbərə görə, Vyanada Qüds Günü yürüşündə iştirak edənlər müxtəlif millətlərin nümayəndələri olublar. Onlar Qüds Komitəsinin təşkilatçılığı ilə Vyana şəhərinin mərkəzi küçələrində yürüş keçiriblər.

Yürüş iştirakçıları əllərində üzərinə "Fələstinə azadlıq" və "Sionizm bərabərdir terrorizm və faşizm" şüarları yazılmış plakatlar daşıyaraq, Fələstin xalqının acılarını paylaşıb, işğalçı İsrail rejiminə qarşı öz qəzəb və nifrətlərini bəyan ediblər.

Teqlər: quran ، iqna ، İslam ، vyana ، müsəlman ، fələstin ، sionizm
captcha