IQNA

Ruhani Fitr bayramı münasibəti ilə İslam ölkələri başçılarını təbrik etdi

10:05 - June 26, 2017
Xəbər sayı: 3481799
İran İslam Respublikası prezidenti Həsən Ruhani İslam ölkələri başçılarına ünvanladığı müraciətlərdə Fitr bayramının gəlib çatmasını təbrik edib.


Ruhani Fitr bayramı münasibəti ilə İslam ölkələri başçılarını təbrik etdi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün axşam İslam ölkələri başçılarına ayrı-ayrılıqda ünvanladığı müraciətlərdə Fitr bayramı münasibəti ilə onları təbrik edib və bildirib:

Bərəkət və rəhmət ilə yanaşı olan bu bayram sayəsində bütün müsəlmanlar arasında sülh, sabitlik, təhlükəsizlik, həmrəylik, yekdillik və qardaşlıq hislərinin daha da möhkəmlənəcəyini və İlahi rəhmət dini olan İslam dini ilə bağlı dünyada dolğun və aydın bir təsəvvür formalaşdıra biləcəyimizi arzu edirəm.

captcha