IQNA

İŞİD Qədim Mosulun girişinə nəzarəti itirdi

20:09 - June 27, 2017
Xəbər sayı: 3481800
İraq təhlükəsizlik qüvvələrinin İŞİD-in şəhərdəki son qalası olan Qədim Mosul bölgəsinin girişini terrorçulardan azad edib.


İŞİD Qədim Mosulun girişinə nəzarəti itirdi

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, İraq təhlükəsizlik qüvvələrinin İŞİD-in şəhərdəki son qalası olan Qədim Mosul bölgəsiningirişini terrorçulardan azad edib.

Federal Polis komandiri general-polkovnik Raid Şakir Cövdət keçirdiyi mətbuat konfransında "Antiterror Qüvvələrimiz, İraq ordusuvə "Həşd Şabi" İŞİD üzvlərini Qədim Mosulda tamamilə mühasirəyə alıb.

Bölgədə az sayda təşkilat mənsubu qalıb və məhdud ərazini əllərində saxlayırlar", - deyib.

İŞİD üzvlərinin mülki vətəndaşlara aid evlərlə dar küçələrə çəkildiyini bildirən general-polkovnik Raid Şakir Cövdət insanların canlı qalxan olaraq istifadə edildiyini qeyd edib.

4-cüDiviziyanın Faruk məhəlləsiniazad etməkləQədim Mosulun girişlərində nəzarəti təmin etdiyini bildirən general-polkovnik Cövdət önümüzdəki bir neçə gün ərzində Dəclə çayı sahilindəki Pərvaz prospektinə çatacaqlarını təxmin etdiyini dilə gətirib.

"Gəlirik Neynəva" əməliyyatları komandiri general-polkovnik Abduləmir Rəşid Yarallah dünən verdiyi açıqlamada şəhərin qərbindəki Faruk məhəlləsində nəzarətin təmin olunduğunu bildirmişdi.

Teqlər: İŞİd ، iqna ، mosul ، qədim mosul ، terrorçular
captcha