IQNA

Yəmən ordusu səud hərbçilərinin mövqelərini raket atəşinə tutubdur

15:11 - June 28, 2017
Xəbər sayı: 3481805
Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən axşamçağı Ərəbistanın Yəməndəki cinayətlərinə cavab olaraq, səudların Ərəbistandakı hərbi mərkəzlərindən bir neçəsini hədəfə alıb.


Yəmən ordusu səud hərbçilərinin mövqelərini raket atəşinə tutubdur

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla verdiyi məlumata görə, Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə Ərəbistanın Nəcran şəhərində yerləşən "Səqam” məntəqəsində səud hərbçilərinin qərargahını və "Rəcla” hərbi qarnizonunu hədəfə alıblar. Nəticədə bir qrup səud muzduru öldürülüb.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə ABŞ-ın dəstəyilə 2015-ci ilin martında bu ölkəyə qarşı hərbi təcavüzünə başlayıb. Bu hücumlarda indiyədək on iki mindən çox yəmənli həyatını itirib, eləcə də on minlərlə nəfər yaralanıbvə milyonlarla nəfər də didərgin düşübdür.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin ərzaq və dərman çatışmazlığı ilə üzləşdiribdir.

captcha