IQNA

Əfqanıstanın ATLAS xəbər agentliyinin rəisi:

Terroristlər heç bir bəhanələri olmadan şiə öldürməkdən ləzzət alırlar

9:35 - August 14, 2017
Xəbər sayı: 3481965
Musəvi Mübəlliğ şiələrin soyqırımı barədə dedi: Mirzauləngdə baş verənlər hərbi cinayətin ən bariz nümunəsi, həmçinin sisteşləşdirilmiş və qorxunc bir qətliam və soyqırımıdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın "ATLAS" xəbər agentliyinin rəisi Seyid Əhməd Musəvi Mübəlliğ şiələrin Əfqanıstanın Sərpol əyalətinin Mirzauləng rayonunda İŞİD və Taliban tərəfindən soyqırım və qətliam olunması barədə dedi: Mirzauləngdə baş verənlər hərbi cinayətin ən bariz nümunəsi və həmçinin sisteşləşdirilmiş, dəhşətli və qorxunc bir soyqırımıdır.

Sərpol əyalətində şiələrin qətliamı hərbi cinayət və soyqırımıdır

Seyid Əhməd Musəvi Mübəlliğ İQNA-nın müxbiri ilə müsahibəsində əlavə etdi: Bu hadisənin qurbanlarının çoxu uşaqlar, qadınlar, qocalar və mülki vətəndaşlar olduğu üçün bu hadisə hərbi cinayət sayılır və bu cəhətdən ki, qətliam olunanlar təkcə xüsusi bir təbəqəyə, yəni şiə məzhəbinə mənsub idilər, həm də soyqırımıdır.

Mirzauləngin süqutu terrorçuların zəngin neft yataqlarını ələ keçirməsi deməkdir

Əfqanıstanın "ATLAS" xəbər agentliyinin rəisi vurğuladı: Digər tərəfdən isə Mirzauləng rayonunun süqutu Əfqanıstanın şimal əyalətlərinə terrorçuların soxulmağı üçün yol açılması deməkdir. Çünki iki il idi ki, bu strateji dərənin işğalının qarşısı hökumətdən heç bir kömək olmadan yerli camaatın müqaviməti ilə alınırdı. Bu rayonun süqutu terrorçuların Sərpol əyalətindəki digər rayonlarına çıxışı üçün zəmin yaratdı. Hansı ki, bu rayonlar zəngin neft, mis və kömür yataqları sayılır və terrorçular və onların hamiləri üçün gözəçarpacaq dərəcədə maliyyə mənbəyi yaradacaqdır. Buna görə də Mirzauləngin süqutu siyasi və hərbi baxımdan böyük bir faciədir və çox güman ki, bu hadisə ölkənin şimal regionunun bir çox rayonlarında təkrarlanacaqdır.

Mirzauləng dərəsi terrorçular üçün Sərpolun digər rayonlarına yeganə çıxış yolu idi

Seyid Əhməd Musəvi Mübəlliğ vurğuladı: Mirzauləng Sərpol əyalətinin Səyyad valiliyinin (bələdiyyə) tərkib hissəsi idi. Səyyad bəllədiyyəsi və bu bələdiyyənin qonşuluğundakı olan və dağlıq ərazilərdə yerləşən bütün bələdiyyələr terrorçuların əlində idi. Mirzauləng dərəsi isə Sərpol əyalətinin digər rayonlarına çıxış üçün təkcə yol idi. Və bu keçid, yəni Mirzauləng dərəsi, şiələr tərəfindən möhkəm müqavimət ilə qorunurdu. Buna görə də terrorçular keçən illər ərzində bu dərədni keçərək Sərpol əyalətinin digər rayonlarına yaxınlaşa bilmirdilər.

O əlavə etdi: Yüzlərlə terror hücumunun qarşısında Mirzauləng əhalisinin möhkəm müqaviməti bu nöqtəni dillərə salmışdı ki, "mirzaulənglilərin məzhəbi təfəkkürü və əqidəsi səbəb olmuşdur ki, onlar terroristlərin müqabilində güclü müqavimət göstərirlər". Və bu isə təbii şəkildə camaatda da bu məsələyə qarşı çoxlu həssaslıq yaratmışdı.

Terroristlər heç bir bəhanələri olmadan və günahsız yerə şiə öldürməkdən ləzzət alırlar

Əfqanıstanın "ATLAS" xəbər agentliyinin rəisi dedi: Bundan əlavə terrorçular, xüsusilə də İŞİD, şiələr və Əhli-Beyt (ə) məktəbinin davamçıları ilə düşməndirlər. Hətta əllərində heç bir bəhanə olmadan şiə öldürməkdən ləzzət alırlar. Digər tərəfdən də Mirzauləng əhalisinin uzun illər müqavimətinin və terrorçuların ardıcılı məğlubiyyətinin kinəsi də ürəklərində idi.

Seyid Əhməd Musəvi Mübəlliğ vurğuladı: Qəti şəkildə demək olar ki, terroristlərin Mirzauləngdə törətdiyi qorxunc qətliamın iki əsas hədəfi var; birincisi, Mirzauləng şiələrindən intiqam almaq və ikincisi isə müqavimət göstərən digər əyalətlərə bu mesajı vermək ki, əgər terrorçuların qarşısında müqavimət göstərsələr belə bir hadisə ilə onlar da üzləşəcəklər.

Terroristlərin qarşısı alınmazsa, sonrakı hədəf elə Əhl-Sünnə əhalisi olacaqdır

Musəvi mübəlliğ əlavə etdi: Əgər terroristlərin Mirzauləngdə irəliləməsinin qarşısı alınmazsa, regionda problem və müsibətlərlə üzləşən təkcə şiələr deyil, həm də əhl-sünnə olacaqdır. İŞİD və Talibanın bu məsələdə birləşməsi göstərir ki, terroristlərin baxış bucağı dəyişib. İŞİD təfəkkürü güclənib və Taliban zəifləyib. Çünki Taliban İŞİD-in əksinə olaraq əhl-sünnə ilə anlayışlı davranırdı. İŞİD üçün isə bu məsələ önəmli deyil və onlar əhl-sünnəyə də rəhm etmir və onları da müxtəlif bəhanələr ilə qətliam edirlər.

Mirzauləng əhalisinin qətliam olunmasında dövlətin də payı var, çünki dövlət bu rayon üçün terroristlər əleyhinə heç bir tədarük görməyib

O, müsahibəsinin davamında dövlətin bu məsələlərdə sükuta davam etməsinə işarə edərək dedi: Əfqanıstan hökumətinin və xarici qüvvələrin Mirzauləng faciəsində mənalı sükutunun müxtəlif mesajları vardır. Çünki Mirzauləng faciəsi ilə həmzaman olaraq dövlət 20 əyalətdə 90 anti-terror əməliyyat həyata keçirib ki, bu əməliyyatlardan Mirzauləngin payı sıfırdır. Bu bir halda baş verir ki, ölkənin digər yerlərində hansısa bir terror hücumu zamanı hökumətun Kabuldan ezam olunmuş bacarıqlı təhlükəsizlik qüvvələri ən geci 24 saat ərzində orda olurlar və sərnişinsiz təyyarələr əməliyyat keçirir. Amma Mirzauləng hadisəsində bunların heç bir olmadı.

Bu məsələ və terroristlərin əllərində olan Mirzauləngə yaxın rayonlarda şübhəli helekopter uçuşlarının həyata keçirilməsi göstərir ki, Mirzauləngin işğalı və öncədən planlaşdırılmışdır və terroristlərin hamiləri Əfqanıstanda Suriya lahiyəsini icra etmək istəyirlər. Bu isə o deməkdir ki, İŞİD İraqda "eyzədi"lər ilə etdiyini Əfqanıstanda şiələrin üzərində həyata keçirmək istəyir.

Əfqanıstanın səması xarici qüvvələrin kontrolundadır

Əfqanıstanın "ATLAS" xəbər agentliyinin rəisi açıqladı: Mirzauləngin süqutu Əfqanıstanın digər şimal əyalətlərinin işğalına yol açacaqdır. Bunun ardınca isə terror hücumları Orta Asiya ölkələrini də öz təsiri altına alacaqdır.

O əlavə etdi: Bu barədə digər analitiklər də belə deyirlər. Çünki Əfqanistan səması tamamilə xarici qüvvələrin kontrolundadır. Onlar hətta quş uçuşlarını belə nəzərdən qaçırmadığı halda, necə olur ki, terroristlərin əlində olan ərazilərdə tanınmaz və şübhəli helekopterlər uçuşur. Bu isə göstərir ki, xarici qüvvələr (ABŞ və Qərb) bu terroru həyata keçirmək üçün İŞİD və Talibanı təchiz edib və mərkəzi hökumətdən onlara itaət edərək bu barədə heç bir addım atmayıb. Deməli, pərdə arxasında, region üçün yeni bir plan xarici qüvvələr və onlara bağlı olan hökumət qüvvələri tərəfindən həyata keçirilmək üzərədir.

Əfqanıstanın şimalı İraq və Suriyadan qaçan terroristlərin yaşaması üçün təhlükəsiz yerdir

Universitet ustadı və siyasi analitik Seyid Əhməd Musəvi Mübəlliğ izah etdi: Suriya və İraqda məğlub olaraq qaçan terroristlərin yaşaması və terror həyatını davam etmələri üçün yeni bir coğrafiya lazımdır. Və bunun üçün Əfqanıstanın şimalı ən münbit yerdir. Çünki onlar buradan Rusiya, Çin və Orta Asiya ölkələrinə də çox asanlıqla nüfuz edəcəklər. Buna görə də Suriya və İraqda terroristləri himayə edənlər Əfqanıstanın şimalına əsas magistiral yol olan Sərpol əyalətini işğal etmək fikrinə düşüblər. Bunun üçün isə Mirzauləng dərəsi işğal edilməlidi idi.

O əlavə etdi: Buna görə də gözlənilən budur ki, amerikalıların ağzına göz tikən Kabul hökuməti Mirzauləngdə terroristlərə qarşı təsirli bir iş görməyəcəkdir. Xarici qüvvələr isə özləri terroristlərin hamisi və Əfqanıstanın şimalında təhlükəsizliyin pozulmasının əsas amilidirlər.

Seyid Əhməd Musəvi Mübəlliğ vurğuladı: Bu hadisə barədə beynəlxalq qrumların heç biri hətta adi bir bəyaniyyə ilə də olsa, heç bir reaksiya verməmişdir.

Qeyd edək ki, Avqust ayının 5-də İŞİD və Taliban terroristləri Əfqanıstanın Sərpol əyalətinin Mirzauləng rayonuna hücum edərək 24 saat ərzində şiələri qətliam və rayonu işğal ediblər.. Onlar əllidən çox sivil vətəndaşı evlərindən çölə sürüyərək dəstəcəmi gülləbaran etmişlər. Və onlarla qadın və qızı əsir götürmüşlər.

Zəhra Nukani

http://iqna.ir/fa/news/3629547


Teqlər: iqna ، Əfqanistan ، sərpol ، mirzauləng
captcha