IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən xəbər verir ki, dünən çıxış edən HƏMAS-ın mətbuat katibi Əbdüllətif Qanu, bu layihəni qeyri qanuni adlandırıb.
Bu layihənin Qəzza mühasirəsinin artırılmasına qulluq etdiyini deyən Qanu bildirib: "Bu divarın İsrailin təhlükəsizliyinə heç bir xeyri olmayacaq, çünki müqavimət, hamının rəsmi olaraq qəbul etdiyi bir məsələdir. Müqavimət, hər növ silaha sahib olma ixtiyarına malikdir.”
Qeyd edək ki, İsrail rejimi artıq bir neçə aydır ki, Qəzza zolağı ətrafında uzunluğu 64 k.m olan divar hörür.