IQNA

Zil-Qədə ayının 23-ü İmam Rzanın (ə) xüsusi ziyarət günüdür

11:29 - August 16, 2017
Xəbər sayı: 3481974
Quran və Hədis universitetinin elmi heyətinin üzvü Höccətul- İslam vəl- müslimin Mehdi Qulaməli "nə üçün Zil-Qədə ayının 23-ü İmam Rzanın (ə) xüsusi ziyarət günüdür?" sualını İQNA üçün cavablandırdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Quran və Hədis universitetinin elmi heyətinin üzvü Höccətul- İslam vəl- müslimin Mehdi Qulaməli "nə üçün Zil-Qədə ayının 23-ü İmam Rzanın (ə) xüsusi ziyarət günüdür?" sualını İQNA üçün cavablandırdı.

Quran və Hədis universitetinin elmi heyətinin üzvü Höccətul- İslam vəl- müslimin Mehdi Qulaməli "nə üçün Zil-Qədə ayının 23-ü İmam Rzanın (ə) xüsusi ziyarət günüdür?" sualını cavablandıraraq vurğuladı:

İmam Rza (ə) üçün xüsusi ziyarət gününün seçilməsi və təyin edilməsinin əsas hədəfi azğın və inhirafi əqidələrin üzərinə batillik xətti çəkmək olub. Çünki O həzrətin (ə) zamanında "vaqifi"lər kimi batil firqələr yarandılar və O həzrətin (ə) və sonrakı imamların (ə) imamətini inkar etmək istədilər. Buna görə də İmam Rzanın (ə) oğlu İmam Məhəmmədtəqi (ə) və sonrakı imamlar O həzrətin (ə) imamətini müsəlmanlara aşkar etmək və imamətin dayanmadığını göstərmək üçün insanları İmamın (ə) ziyarətinə dəvət edərək bu ziyarət üçün xüsusi gün də təyin ediblər.

Höccətul- İslam vəl- müslimin Mehdi Qulaməli "Zilqədə ayının 23-cü təkcə hüzuri ziyarətə, yəni İmam Rzanın (ə) hərəminə gələrək ziyarət etməyə aiddir, yoxsa, uzaqdan da ziyarət etməklə bu gününün xüsusi ziyarətinin savabını əldə etmək olar?" sualının cavabında dedi:

Ümumiyyətlə ziyarət məsələsində mütləq hərəmdə və imamın (ə) mübarək zərihinin yanında hazır olmaq şərt deyil, əlbəttə bunun savabı və mənəvi halı daha çoxdur. Çünki insan zərihin kənarında özünü imamın (ə) yanında və hüzurunda hiss edir, mübarək türbənin əzəməti insanın ruhunda müsbət təsirlər qoyur. Həmçinin ziyarətçilər arasında yaxınlıq və doğmalıq yaradır, bundan əlavə Əhli-Beytin (ə) məqam və şəninin ucalığını digərlərinə də çatdırır. Amma hədislərdə qeyd edilən savablar həm uzaqdan və həm yaxından ziyarət edənlər üçün nəzərdə tutulmuşdur.

İmam Rza (ə) Həzrət Peyğəmərin (s) qəbirini yaxından ziyarət edərkən hansı mənəvi halda olurdu?

Quran və Hədis universitetinin elmi heyətinin üzvü "yaxından ziyarət"in imamların sirə və sünnəsi olduğuna işarə edərək dedi: İmam Rza (ə) Mədinədə olarkən tez-tez Həzrət Peyğəmbərin (ə) mübarək məzarının ziyarətinə gedərdi. Hədislərdə var ki, Məkkəyə Kəbənin ziyarətinə gedərkən əvvəl Peyğəmbərin (ə) qəbirini ziyarət edər və qəbirdən ayrılmaq istəyərkən sanki təzəcə əzizini əldən vermişlər kimi təkrar-təkrar qayıdıb qəbiri öpərdi. Qəbirdən bir neçə addım ayrılar və yenidən qəbirə tərəf qayıdıb ziyarət edərdi və bu işi dəfələrlə təkrarlayardı.

Ziyarət zamanı İmamla (ə) qəlbi və mənəvi əlaqə yaranmayıbsa, həqiqətdə ziyarət də baş verməmişdir

Höccətul- İslam vəl- müslimin Mehdi Qulaməli vurğuladı: Buna görə də heç bir şübhə yoxdur ki, yaxından ziyarət, yəni imamların hərəminə gəlmək və mübarək və müqəddəs məzarlarının yanında hazır olub ziyarət etmək, ən yaxşı ziyarətdir. Amma ziyarətin əsas mahiyyəti və mənası imamla qəlbi və ruhi rabitə və əlaqə yaratmaqdır. Yəni insan öz imamı ilə qəlbi və mənəvi əlaqə yaradır və Ona (ə) öz məhəbbət və sevgisini bildirir. Əgər bu qəlbi rabitə olmazsa, həqiqətdə ziyarət baş tutmamışdır. Əgər bu qəlbi və mənəvi rabitə yaxından olsa, daha yaxşı və daha təsirlidir və əgər buna imkan yoxdursa, elə uzaqdan da ziyarət etmək və qəlbən imama bağlanmaq olar. Yəni yolun uzaqlığı insanı ziyarətin savabından və faydalı nəticəsindən məhrum etməməlidir və insan harada olursa, olsun, bu əlaqəni qoruyub saxlamalıdır.

İmamı (ə) öz sözlərinlə ziyarət et və qəlbi əlaqə yarat

O əlavə etdi: Ola bilsin ki, kimsə lap zərihin yanında olsun, amma imamla (ə) mənəvi və qəlbi əlaqə və rabitə yarada bilməsin və onun əksinə olaraq bir nəfər çox uzaqlarda olsun, bütün vücudu ilə imama (ə) salam versin və imamı (ə) ilə qəlbi və mənəvi əlaqə yaratsın və beləliklə ziyarəti həqiqi mənada baş tutsun. Və bunu da qeyd edim ki, ziyarətin Ərəb dilində oxunması zəruri deyil, və ya mütləq deyil ki, "Cameə" ziyarəti, "Əminəllah" ziyarəti, İmam Rzanın (ə) xüsusi ziyarətnaməsi və s... sifariş edilmiş ziyarətnamələr oxunsun. İnsan hər dildə ziyarət oxusa, öz sevgisini bəyan etsə və ziyarət sözlərini özü düzəltsə və özü bacardığı kimi desə də onun ziyatəi qəbuldur və İmamı (ə) onu eşidir, dərk edir və görür.

Eşitdiyimizə görə İmam Rzanın (ə) ziyarətinin savabı İmam Hüseynin (ə) ziyarətinin savabından çoxdur, bunun dəlili nədir?

Höccətul- İslam vəl- müslimin Mehdi Qulaməli bu suala cavab olaraq dedi: İmam Məhəmmədtəqidən (ə) rəvayət edilən hədislərə görə, imam Rzanın (ə) ziyarətinin savabı İmam Hüseynin (ə) ziyarətinin savabından çoxdur. İmam Məhəmmədtəqi (ə) özü bu məsələni açıqlayaraq buyurur: "Çünki İmam Hüseyni (ə) hamı (sünnilər və bütün şiə firqələri) ziyarət edir, amma atamı (ə) təkcə şiənin xasları (12 imamçı şiələr) ziyarət edirlər".

Biz bu hədislərdən anlayırıq ki, şiələr arasında batil firqələr (dörd imamlı, altı imamlı, yeddi imamlı və s...) yarandığı və bu batil firqələr İmam Rzanın (ə) imamətini qəbul etmədikləri üçün imamlarımız (ə) İmam Rzanın (ə) ziyarəti üçün xüsusi günlər, o cümlədən Rəcəb ayı, Zilqədə ayının 23-ü və İmam Rzanın (ə) şəhadət gününü seçiblər. Çünki İmam Rza (ə) şiə əqidəsindəki həqiqi xətti batil xətlərdən ayıran sərhəddir. İmam Rzanı (ə) qəbul etməyənlər həqiqi şiə deyildirlər və batil yoldadırlar. Çünki imamlardan birini qəbul etməyən heç birini qəbul etməmiş sayılır.

O vurğuladı: Hələ o zamanlar İslami əyalətlərin hamısından, o cümlədən Məkkə və Mədinədən O həzrətin (ə) ziyarətinə gələn cəmiyyət izdihamı bütün inhirafi və azğın fikir və xətlərin batil olmasını göstərirdi.

http://www.iqna.ir/fa/news/3630949


captcha