IQNA

Quranın Alman dilinə tematik tərcüməsi

12:23 - June 11, 2018
Xəbər sayı: 3483308
Qurani-Kərimi Alman dilinə tərcümə edən şərqşünaslardan biri də "Henry Mercier"dir. O, Qurani-Kərimi mövzuların təsnifi əsasında tematik tərcümə etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurani-Kərimi Alman dilinə tərcümə edən şərqşünaslardan biri də "Henry Mercier"dir. O, Qurani-Kərimi mövzuların təsnifi əsasında tematik tərcümə etmişdir.

Əlbəttə o, Qurani-Kərimi birbaşa Ərəb dilindən deyil, Qurani-Kərim bəzi hissələrini seçdiyi mövzular əsasında Jean Aubierin Fransız dilinə tərcüməsi üzərindən Alman dilinə tərcümə etmişdir.

Onun bu tərcümə nüsxəsi ilk dəfə 1957-ci ildə "Quran yeni tərcümə və yeni təqdimatda" (Der Koran. In neuer Übersetzung und Darbietung) adı ilə 300 səhifədə çap və nəşr edilmişdir.

Bu tərcümə Ərəbcədən birbaşa tərcümə edilmədiyi üçün kamil tərcümə hesab edilmir və buna görə də Qurani-Kərin Alman dilinə tərcümə edilmiş digər nüsxələri ilə rəqabət meydanına girə bilmədi və araşdırmaçılar arasında məşhurlaşmadı.

http://iqna.ir/fa/news/3721824

«هنری مرسی» و ترجمه موضوعی قرآن«هنری مرسی» و ترجمه موضوعی قرآن

 

captcha