İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 11 İyun 2018-ci il, səhər saatlarında Misrin paytaxtı Qahirə şəhərinin "əl-Ənba Miqar" kilsəsində gülcü yanğın hadisəsi baş verib.
Yanğın zamanı Qahirə şəhərinin "əl-Ənba Miqar" kilsəsin üç mərtəbəsi ciddi maddi xəsarət alıb. Məlumatda deyilir ki, hadisə zamanı insan tələfatı olmayıb.
Misrin təhlükəsizlik qüvvələri yanğının elektrik birləşdiricisinin qısaqapanması nəticəsində baş verdiyini elan ediblər.
Şahidlərin dediyinə görə, kilsənin yaxınlığındakı ötürücüdə qısaqapanma nəticəsində yüksək səsli partlayış baş verib və bundan sonra məsciddə yanğın çıxıb. Vətəndaşlar yanğınsöndürmə idarəsinə xəbər verəsələr də onlar yanğını vaxtında kontrol edə bilməyiblər.
http://iqna.ir/fa/news/3722056