İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mübarək Ramazan ayının 29-dan Şəvval ayının üçünədək dövlət səviyyəsində rəsmi tətil elan edib.
BƏƏ-nin İnsan Resursları Federal Agentliyi elan edib ki, mübarək Fitr bayramı dövlət müəssisələri və qrumlarının işçiləri üçün cari həftənin Cüməaxşamı günü, mübarək Ramazan ayının 29-dan başlayacaq.
Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları Federal Agentliyi bəyaniyyə yayaraq mübarək Fitr bayramı münasibəti ilə bütün müsəlmanlara və BƏƏ-nin dövlət rəsmiləri və işçilərinə təbrik deyib.
Bəyaniyyədə həm də elan edilib ki, mübarək Ramazan ayının 29-dan Şəvval ayının üçünədək dövlət səviyyəsində rəsmi tətildir.