IQNA

Bəheyndə müəllimlər arasında Quran yarışları keçirilir

13:21 - June 16, 2018
Xəbər sayı: 3483326
Bəhreynin təhsil nazirliyi ölkədəki təhsil ocaqları, mədrəsə və məktəblərin müəllimləri və təlim heyətləri kardları səviyyəsində Quran və Hədis yarışları keçirir.

Bəheyndə müəllimlər arasında Quran yarışları keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin təhsil nazirliyi ölkədəki təhsil ocaqları, mədrəsə və məktəblərin müəllimləri və təlim heyətləri kardları səviyyəsində Quran və Hədis yarışları keçirir.

Bu gün, həftənin şənbə günü, 16 İyun 2018-ci il, başlayan bu yarışlarda Bəhreynin Təhsil Nazirliyinə tabe təhsil ocaqlarında çalışan 170 nəfər müəllim və təlim heyətlərinin kardları iştirak edir.

Təhsil nazirliyinin göstərişi və təşəbbüsü ilə keçirilən bu yarışlarda Bəhreynin Quran fəaliyyətləri idarə və müəssisələri və İslami işlər və vəqflər nazirliyi həmkarlıq edirlər.

Qurani-Kərim və Nəbəvi hədislər yarışlarında iştirak edənlər Qurani-Kərimin hifzi, qiraəti və təfsiri və həmçinin hədislərin hifzi üzrə bir-biri ilə rəqabət aparacaqlar.

Bəhreyndə müəllimlər arasında Quran və hədis yarışları 1974-cü ildən elm və maarif işçilərini dini dərindən öyrmənməyə təşviq etmək hədəfi ilə başlayıb və hər il keçirilməklə indiyədək davam edir.

http://iqna.ir/fa/news/3723028

captcha