İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin Dini işlər və vəfqlər idarəsi cari ilin mübarək Ramazan ayının 27-dən indiyədək 2 min nüsxə Qurani-Kərimi müsəlmanlar arasında paylamışdır.
Müxtəlif ölkələrin müsəlmanları arasında paylanılan bu Qurani-Kərim nüsxələri 12 dilə tərcümə edilərək 15 ölkədə müsəlmanlara və dini mərkəzə hədiyyə edilmişdir.
Türkiyədə müxtəlif dillərə tərcümə edilmiş Quran nüsxələri Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Şri-Lanka, Suriya, Bosniya, Herzoqoviniya, Kenya, Malavi, Kozova, Hayiti, Makedoniya və Cənubi Amerika ölkələrində paylanılmışdır.
Türkiyə cümhuriyyətinin dini işlər və vəqflər idarəsinin elan etdiyinə görə, bu nüsxələr "mənim hədiyyəm Qurandır" layihəsinin həyata keçirilməsi yönündə paylanılmışdır.
Türkiyənin dini işlər müəssisəsinin bildirdiyinə görə, indiyədək "mənim hədiyyəm Qurandır" layihəsi çərçivəsində dünyanın 50-dən çox ölkəsində 685 min nüsxə Qurani-Kərim paylanılmışdır.
http://iqna.ir/fa/news/3722902