IQNA

Yaponiyada dinlərarası dialoq mövzusunda seminar keçiriləcək

2:36 - June 18, 2018
Xəbər sayı: 3483338
İran İslam Respublikasının İslami İnqilabının 40-cı ildönümü münasibəti ilə Yaponiyada dörd əsas mövzunu ehtiva edən seminar keçiriləcək.

Yaponiyada dinlərarası dialoq mövzusunda seminar keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   İran İslam Respublikasının İslami İnqilabının 40-cı ildönümü münasibəti ilə Yaponiyada dörd əsas mövzunu ehtiva edən seminar keçiriləcək.

Cari ayın 21-də Yaponiyanın Kyoto şəhərində keçiriləcək bu seminarda müzakirə ediləcək mövzulardan biri də "İslam, xristiyanlıq və buddizm arasında dialoq" mövzusu olacaqdır.

İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalının bu barədə verdiyi məlumata görə, İran İslam Respublikasının Yaponiyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçiriləcək bu bir günlük seminarda "İran İslam İnqilabından sonra İranın siyasəti", "İslam, xristiyanlıq və buddizm arasında dialoq", "İran incəsənəti və musiqi" və "İran cəmiyyəti və qadınlar" kimi mövzular müzakirə ediləcəkdir.

Bu seminar Yaponiyanın Kyoto şəhərinin "Ryokoko universiteti"nin ustad və müəllimlərinin həmkarlığı ilə keçiriləcəkdir.

Universitetin ustadları "İran İslam Respublikasının ümumi dəyərləndirilməsi", "İmam Xomeyni və İran İslam Respublikası", "İnqilab, cümhuriyyət, islam və ədalət müasir İranda", "İslam inqilabı və qadın" və "İslam ölkəsində İran siyasəti" kimi mövzular barədə çıxış edəcəklər.    

http://iqna.ir/fa/news/3723332  

«گفت‌و‌گوی اسلام، مسیحیت و بودیسم»؛ محور سمینار ژاپن

Teqlər: iran ، yaponiya ، islam iqnilabı ، seminar
captcha