İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın baş naziri Mahatir Məhəmməd çıxışında Trampın 24 saatda min xəyala düşdüyünə, dəmdəməki olduğuna və tez-tez fikir və mövqe dəyişdiyinə işarə edərək dedi: Tramp kimi birisi ilə yola getmək və qarşılıqlı əlaqələr yaratmaq çətin bir işdir.
Malaziyanın baş naziri Mahatir Məhəmməd " The Associated Press" xəbər agentliyi ilə müsahibəsində ABŞ prezidentinin siyasi və fərdi rəftarını tənqid edərək dedi: Amerikanın prezidenti tez-tez fikir, mövqe dəyişdirir, dəmdəməkidir, qeyri-ciddidir. Onun belə olması onunla danışlıqlara getməyi çətinləşdirir.
Qeyd edək ki, Mahatir Məhəmməd hələ 2017-ci ildə, baş nazir olmamışdan öncə də Trampı ekzotik və qeyri-adi rəftarlı birisi adlandırmışdı.