IQNA

Koreyada "Dünyada İslam" kitabı yazıldı

7:50 - October 13, 2018
Xəbər sayı: 3484045
 Cənubi Koreyanın "İslami Araşdırmalar Mərkəzi"nin təsis edilməsinin 30-cu ildönümü münasibəti ilə bu mərkəzin 45 üzvünün iştirakı ilə "Dünyada İslam" kitabı təlif edilib.

Koreyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Cənubi Koreyanın "İslami Araşdırmalar Mərkəzi"nin təsis edilməsinin 30-cu ildönümü münasibəti ilə bu mərkəzin 45 üzvünün iştirakı ilə "Dünyada İslam" kitabı təlif edilib.

"Dünyada İslam" kitabı İslam dinini, İslam maarifinin həqiqi simasını, müsəlmanların İslami həyat tərzini tanıtdırmaq və dünyanın hər bir guşəsindən İslam dini barədə məlumatların dünyaya və Koreya xalqına çatdırılması və həmçinin insanların zehnində İslam barədə formalaşmış yanlış önfərzlərin aradan götürülməsi hədəfi ilə təlif edilmişdir.

Hankuk universitetinin "Ərəb dili tərcüməsi" fakültəsinin ustadı Kim Su An deyir ki, İslam dini miladın 8-ci əsrində və Birləşmiş Şila padşahlığının dövründə Koreya yarımadasına gəlib. Kurunun padşahlığı dövründə isə müsəlmanlarla ticarət əlaqələri yaradılıb və bu əlaqələr 15-ci əsrədək davam etmişdir. 20-ci əsrdə də Koreya və keçmiş SSR-nin Türkdilli müsəlmanları arasında ticarət əlaqələri yenidən başlamışdır.

Koreya Yaponiyadan ayrılaraq müstəqil olduqdan sonra bu ölkədə İslam dinin genişlənmiş və hazırda ölkədə 15 məscid vardır və 170 min müsəlman yaşayır.

Koreyanın "İslami Araşdırmalar Mərkəzi"nin rəisi Yun Yung Su deyir: İslam dini insanın gündəlik məişət tərzi üçün proqram cızmışdır. İslam dini Allaha pərəstiş etmək, fərdi və ictimai prinsiplərə uymaq və cəmiyyətin vəhdəti üzərində təkid edir. İslam dininin dünyada genişlənməsinin də səbəbi bu dinin yumuşaq olmasıdır.

Qeyd edək ki, Koreyanın "İslami Araşdırmalar Mərkəzi" 1992-ci ildə xanım Çu Çayuk və xanım Kim An Yungun həmkarlığı ilə təsis edilmişdir. Seul şəhərində yerləşən bu mərkəzin İslam dininin Koreyada yayılmasında mühüm rolu olmuşdur.   

http://iqna.ir/fa/news/3755066  

captcha