IQNA

Balkanların dini fəalları ƏRBƏİN mərasiminə qatılacaq

12:02 - October 14, 2018
Xəbər sayı: 3484052
Balkan yarımadası ölkələrinin siyasi, ictimai və meida fəalları və həmçinin bir qrup universitet tələbələri İraqda İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimində piyada yürüşlərində iştirak edəcəklər.

Balkanların dini fəalları ƏRBƏİNƏ mərasiminə qatılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Balkan yarımadası ölkələrinin siyasi, ictimai və meida fəalları və həmçinin bir qrup universitet tələbələri İraqda İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimində piyada yürüşlərində iştirak edəcəklər.

Dini aktivistlər ƏRBƏİN ziyarəti mərasiminə İraqın Kərbəla və Nəfəc şəhərlərindəki ziyarətgahların idarəçiliyi tərəfindən dəvət ediliblər.

Tanınmış xristiyan şəxsiyyətlərin də itştirak edəcəyi həmin dini və ictimai fəallar qrupunun Balkanlardan İraqa ezam olunması İran İslam Respublikasının "Əsre Bəyane Mənəvi" (mənəvi açıqlma əsri) müəssisəsinin həmkarlığı ilə həyata keçiriləcəkdir.

ƏRBƏİN qonaqları arasında Bosniya və Herseqovina, Serbistan, Xorvatiya və Makedoniya ölkələrindən dini akvitibistlər olacaqlar. Onlar İraqda ƏRBƏİN piyada yürüşündə iştirak edəcək, Nəfəc və Kərbəla şəhərinin məsulları və həmçinin din alimləri də görüşəcəklər.

Qeyd edək ki, cari ilin ƏRBƏİN mərasimində Qərbi Avropa, Cənubi və Şimali Amerika ölkələrindən də mədəni, elmi, dini və siyasi qonaqlar iştirak edəcəklər.   

http://iqna.ir/fa/news/3755560

Teqlər: iqna ، Ərbəin ، kərbəla ، balkan
captcha