İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qananın İslam universiteti yeni təhsil ilində altı elmi tədqiqat konfransı keçirəcəkdir.
Qananın İslam universitetinin ümumi əlaqələr şöbəsinin bu barədə verdiyi məlumata görə, bu konfransların keçirilməsi universitetinin tədqiqat müavinliyinin təşəbbüsü ilə ustad və tələbələrin tədqiqat gücünü inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur.
Qana İslam universiteti təhsil ili ərzində "tədqiqatın epistemoloji yönümü", "tədqiqat sualının hazırlanması", "tədqiqatın keyfiyyət metodologiyası, tədqiqatın kəmiyyət metodologiyası və qarışıq tədqiqat metodologiyası", "tədqiqat dizaynında nümunələndirmə üsulları", "kəmiyyət məlumatların təhlili və analizi", "SEM və PASW" modellərinin təsviri və inferensiya statistikası ilə yoxlanılması", "SCİ dərəcəli istinadlı elmi jurnallarda məqalə nəşrinin öyrədilməsi" və "tədqiqatların kodlaşdırılması və nisbətləndirilməsi qaydaları" konfranslarını təşkil edəcəkdir.
Bu konfranslar ustad və tələbələrin, və həmçinin "presenter" (təqdimatçı) və tənqidçinin (leading critic) iştirakı ilə keçiriləcəkdir.