IQNA

Kanada seçkilərində müsəlmanların aktiv iştirakı

8:31 - October 16, 2018
Xəbər sayı: 3484069
Kanadanın müxtəlif şəhərlərində ictimai dövlət vəzifələri üçün keçirilən seçkilərdə müsəlman namizədlərin də aktiv iştirakı gözə çarpır.

Kanada seçkilərində müsəlmanların aktiv iştirakıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın müxtəlif şəhərlərində ictimai dövlət vəzifələri üçün keçirilən seçkilərdə müsəlman namizədlərin də aktiv iştirakı gözə çarpır.

"Müslimlink" portalının yaydığı xəbərdə deyilir ki, cari ayda Kanadanın bir çox şəhərlərində, o cümlədən Britiş-Kolumbiya, Ontaryo və Manituba şəhərlərində şəhər icra hakimliyi, şəhər şurası, bələdiyyə və məktəblərin qəyyumlar şurasının seçkilərində müsəlman namizədlər də fəal iştirak ediblər.

Bu cür şəhərdaxili seçkilər siyasi partiyaların rəqabəti əsasında olmadığı üçün bu seçkilərdə iştirak etmək hamı üçün azaddır. Buna görə də bu seçkilərdə iştirak edənlər partiyadaxili seçkilərə ehtiyac olmadan da bu seçkilərdə iştirak edə və seçilə bilərlər.

Qarşıdakı seçkilərdə də müsəlman namizədlərin aktiv iştirakı gözlənilir. Bu seçkilərə namizədlik verən müsəlmanların çoxu bundan öncə bir çox ictimai və mədəni işlərdə, o cümlədən dinlərarası dialoq, ictimai ədalət və cəmiyyətdə cavanların maarifləndirilməsi kimi sahələrdə aktivlikləri ilə məşhur şəxslərdirlər. Yaşadıqları cəmiyyətdə istedadlı və aydın insanlardan sayılırlar və həmçinin əksəriyyəti də ali təhsil sənədlərinə malikdirlər.

http://iqna.ir/fa/news/3756090  

Teqlər: iqna ، kanada ، seçki ، namizəd ، bələdiyyə
captcha