IQNA

Gözdən əlillərə Qurani-Kərimin elektron təlimi

10:11 - December 14, 2018
Xəbər sayı: 3484341
Hicazın (Səudiyyə Ərəbistan) "Xəyrikum mən təəlləməl-Quranə və əlləməhu" xeyriyyə cəmiyyəti gözü görməyən şəxslərə kömək edir ki, onlar Qurani-Kərimi elektron vasitə ilə əzbərləsinlər.

Gözdən əlillərə Qurani-Kərimin elektron təlimiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hicazın (Səudiyyə Ərəbistan) "Xəyrikum mən təəlləməl-Quranə və əlləməhu" xeyriyyə cəmiyyəti gözü görməyən şəxslərə kömək edir ki, onlar Qurani-Kərimi elektron vasitə ilə əzbərləsinlər.

Hicazın (Səudiyyə Ərəbistan) Cəddə şəhərində fəaliyyət göstərən "Xəyrikum mən təəlləməl-Quranə və əlləməhu" xeyriyyə cəmiyyəti şəhərin məşhur məcsidlərində, o cümlədən "əs-Sürur" məscidində Qurani-Kərimin təlimi kurslarını təşkil edərək gözdən əlil olanlara Quranı hifz etməkdə kömək edir.  

Hicazın (Səudiyyə Ərəbistan) Cəddə şəhərində fəaliyyət göstərən "Xəyrikum mən təəlləməl-Quranə və əlləməhu" təşkilatının ustadı və Quran hafizi Əli Bicacə "bril" əlifbası ilə yazılmış Quran nüsxələri və elektron vasitələr ilə gözdən əlillərə Qurani-Kərimin hifzi üzrə dərs deyir.

"Xəyrikum mən təəlləməl-Quranə və əlləməhu" xeyriyyə cəmiyyətinin təşkil etdiyi bu kurslardan hər il çox sayda Quran hafizləri məzun olur.

Təşkilatın rəisi Əbdüləziz Hənəfi bu barədə deyib: "Xəyrikum mən təəlləməl-Quranə və əlləməhu" xeyriyyə cəmiyyəti çalışır ki, Quranı əzbərləmək istəyən göz qüsurluları maneələri aşsınlar. Quran hifzi kurslarında iştirak edə bilməyənlər isə "Nəvvərəni" elektron Quran proqramı vasitəsi ilə Quranı əzbərləyə bilərlər. Bu proqram Ərəb və İngilis dillərində mobil telefonlar üzərində quraşdırılaraq icra edilir.  

http://iqna.ir/fa/news/3772067

 

captcha