IQNA

Maldiv Adalarında Brayl əlifbası ilə Quran təlimi başladı

23:32 - March 22, 2019
Xəbər sayı: 3484877
Dini İşlər Nazirliyi eşitməyən uşaqlar üçün ayda iki dərs saatı müddətində təlim kursları təşkil etməyi nəzərdə tutmuşdur. Bundan əlavə Cümə namazlarının xütbələri də işarə dili ilə tərcümə ediləcəkdir.

Maldiv Adalarında Brayl əlifbası ilə Quran təlimi başladıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Cüməaxşamı günü, 21 Mart 2019-cu il, Maldiv Adaları respublikasında Qurani-Kərimin Brayl əlifbası ilə təlimi kursları başlayıb.

Qurani-Kərim Brayl əlifbası ilə təlimi kurslarının açılış mərasimində ölkə başçısı İbrahim Məhəmməd Saleh də iştirak edib.

Brayl əlifbası ilə Qurani-Kərim kurslarının açılışı mərasimində Maldiv Adaları respublikasının Dini İşlər Naziri Əhməd Züheyr təhsilin hamının haqqı olduğuna işarə edərək deyib: Müasir texnologiya təlim və təhsil məsələsini əlil insanlar üçün də asanlaşdırıb. İslam dinində əlil insanları görməzdən gəlmək, qayğı və diqqətdən kənarda saxlamaq qəbuledilməzdir.

O elan edib: Dini İşlər Nazirliyi eşitməyən uşaqlar üçün hər ay iki dərs saatı müddətində dini təlim kursları təşkil etməyi nəzərdə tutmuşdur. Bundan əlavə Cümə namazlarının xütbələri də işarə dili ilə tərcümə ediləcəkdir.

Qeyd edək ki, Maldiv Adaları Respublikası Hindistanın cənub-qərbində yerləşən onlarla adanı ehtiva edən bir ölkədir. Paytaxtı Male şəhəridir. Bu ölkədə 450 min nəfər insan yaşayır. Ölkənin rəsmi dini İslam dinidir.

http://iqna.ir/fa/news/3799373   

 

 

Teqlər: iqna ، brayl ، kar ، kor ، əlil
captcha