IQNA

Livanın siyasi partiyaları "əsrin müqaviləri konfransı"nı məhkum etdi

13:21 - May 23, 2019
Xəbər sayı: 3485179
Mənamədə keçiriləcək "təhlükəsizlik və çiçəklənmə" adlı bu konfransın əsas hədəfi İsrailin Fələstin xalqına qarşı hazırladığı "əsrin müqaviləsi" layihəsini həyata keçirmək üçün zəmin hazırlamaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-mənar" informasiya portalına istinadla verdiyi xəbərə görə, Livanın siyasi partiyaları bəyaniyyə yayaraq sionist yəhudi rejimi İsrailin "əsrin müqaviləsi konfransı"nın Bəhreyndə keçirilməsi istəyini məhkum etdilər.

Amerikanın rəhbərliyi ilə İyun ayının 25 və 26-da Bəhreynin paytaxtı Mənamədə keçiriləcək "təhlükəsizlik və çiçəklənmə" adlı bu konfransın əsas hədəfi İsrailin Fələstin xalqına qarşı hazırladığı "əsrin müqaviləsi" layihəsini həyata keçirmək üçün zəmin hazırlamaqdır.

Livanın siyasi partiya və təşkilatları bu addımı utancverici, İsrailin satqın Ərəb dövlətləri ilə əlaqələrinin adiləşdirilməsi yönündə olduğunu, İsrailin müsəlmanların müqəddəs torpaqlarında qan tökməyinə göz yumulması və fələstinlilərin hüquqlarının tapdalanması hesab ediblər.

Qeyd edək ki, Amerika, İsrail və Bəhreynin həmkarlığı ilə keçiriləcək bu utancverici konfransa Səudiyyə Ərəbistanı və BƏƏ də qoşulacaq.

http://iqna.ir/fa/news/3813977

captcha