IQNA

Sikhlərin Əhli-Beytə (ə) və İmam Rzaya (ə) sevgisi

9:56 - October 29, 2019
Xəbər sayı: 3486045
Sikh dininin ardıcılı Çandok: Biz özümüzü İslam dininin bir qolu hesab edirik. İslam və müsəlmanları sevirik. Biz də təkAllahlıyıq. "Quruqrant sahib" bizim dini qaynağımız və müqəddəs kitabımızdır.

Hindistanlı tacir, İran və Hindistan ticarət əlaqələri idarəsinin rəis müavini və Sikh dininin ardıcılı Provinder Sing Çandok İQNA ilə müsahibəsində Sikhlərin Əhli-Beytə (ə) sevgisi və tarix boyunca müsəlmanlarla dostcasına və gözəl münasibətlərindən danışıb.

O, özü barədə deyib: Mən İranda doğulmuşam. Anam Hindistandan İranın Zahidan şəhərində köçüb. Atam da Hindistandan Tehrana köçmüş tacir olub. Onlar dünyanın beşinci böyük dinlərindən olan "sikh dini"nin davamçıları olublar.

İranda yaşayan "sikh" cəmiyyəti barədə məlumat verən Hindli tacir əlavə edib: Hazırda İranın Zahidan şəhərində 25 və Tehranda 50-60 "sikh" dininə mənsub ailə yaşayır. Onlar həm İranı, həm müsəlmanları və həm də Əhli-Beyti (ə) çox sevirlər. Onlardan bəziləri İran vətəndaşlığını da almışdır.  

Provinder Sing Çandok öz dini barədə deyib: Sikhlər əsasən Hindistanın Pəncab əyalətində yaşayırlar. Amma dünyanın Amerika, Kanada kimi ölkələrində və bir çox Avropa şəhərlərində də çox sayda "sikh" ayininin davamçılar var.

O əlavə edib: Biz özümüzü İslam dininin bir qolu hesab edirik. İslam və müsəlmanları sevirik. Biz də təkAllahlıyıq. "Quruqrant sahib" bizim dini qaynağımız və müqəddəs kitabımızdır. Bu kitabda yazılıb ki, Allah-Taala ilk dəfə nuru yaradıb. Bu isə İslam əqidəsinə çox oxşayır.

Müsəlmanlar və sikhlərin münasibətlərindən danışan Hindistanlı iş adamı vurğulayıb: Hindistanda sikhlər və müsəlmanlar arasında sülh və tolerantlıq mövcuddur. Ramazan ayında biz müsəlmanlara iftar veririk. Müsəlmanlar bizim məbədlərimizdə namaz qılırlar. Biz məscidi Allah evi hesab edirik və məscidə gedəndə özümüzü Allah evində hesab edirik və müsəlmanlarla yaxınlıq hiss edirik. Müsəlmanlar da Sikhlərin peyğəmbəri "Quru Nank"ı özlərindən olan bir arif hesab edirlər. Bu isə müsəlmanları və sikhləri bir-birinə yaxınlaşdırır.  

روایت دلدادگی یک پیرو دین سیک به امام رضا (ع)

Provinder Sing Çandok əlavə edib: Hazırda sikhlər müsəlmanlara kömək edirlər. Ruhingiya (Raxin) məsələsində müsəlmanlara dəstək oldular. Suriya və İraq müharibələrində müsəlmanlara maddi yardım göndərdilər. Habelə Pəncabdakı məbədimizdə hər gün 100 min nəfərə yemək verilir, Dehli məbədimizdə isə hər gün 30 min yemək ehtiyaclılar arasında paylanılır. Bu məsələdə müsəlmanlara da xidmət göstərilir.

Çandok "sikh"lərin Əhli-Beytə (ə) sevgisindən danışaraq dedi: Biz Əhli-Beyti, İmam Əli və İmam Hüseyni (ə) çox sevirik. Aşura və Tausa günləri əzadarlıq edirik. Bizim idman zallarında həmişə İmam Əlinin (ə) adı şücaət simvolu kimi dillərdədir və onun adının zikri pəhləvanlarımıza güc verir. Çoxlarımız İmam Rzanın (ə) ziyarətinə gəlirik, nəzir paylayırıq, hacət istəyirik və problemlərimizin həlli üçün onu vasitə qərar veririk. Hətta onu tanımadan yuxuda görənlərimiz və sonra ziyarətinə gələnlərimiz də olub. Anamın atası yük maşını sürücüsü olub. Məşhəd səfərində İmam Rzanın (ə) aşiqlərindən birincə çevirilib və onun vasitəsi ilə bizim ailəmiz İmam Rzanın (ə) aşiqləri sırasına qatılıb. Anam deyir ki, atası həmişə Məşhədə gedəndə qoyun alıb ətini ehsan edərdi. Mən özüm də İmam Rzadan (ə) çoxlu kəramətlər görmüşəm. Bir dəfə mənim ticarət məsələsində problem yarandı, şəriklərim pulumu vermək istəmədilər. Mən bu barədə İmam Rzaya (ə) şikayət etdim. Pulumu "yeyə"n şəriklər hamısı müflis oldular.   

***روایت دلدادگی یک پیرو دین سیک به امام رضا (ع) / گزارش

Çanduk əlavə etdi: Pəncab əyalətinin Pətyalə regionunda Samana deyilən rayonda bir ziyarətgah var. Bu ziyarətgahda İmam Rzanın (ə) övladlarından biri dəfn edilib. Ziyarətgah "Məşhəd Əli" adı ilə məşhurdur. Biz və müsəlmanlar həmişə oranı ziyarət edirik. Bu ziyarətgahın qorunması və təmizliyi işlərinə "sikh"lər baxırlar.

O vurğuladı: Bütün bu müştərək dəyərləri nəzərə alaraq deyirəm ki, Əhli-Beyti (ə), xüsusi ilə də İmam Rzanı (ə) "sikh"lərə və "hindu"lara tanıtdırmaq vacibdir. Bu məsələ üzərində çox çalışmalıdır. Əhli-Beyti (ə) insanlara tanıtdırmaq insanlığa xidmətdir.

https://iqna.ir/fa/news/3853114

Teqlər: sikh ، hindu ، İmam rza ، iqna ، Zahidan ، iran ، pəncab
captcha