IQNA

İsrail qüvvələri Qəzzada yenə onlarla fələstinlini yaraladı

22:40 - November 09, 2019
Xəbər sayı: 3486111
İşğalçı İsrail qüvvələri dünən Qəzza zolağında keçirilən "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxilə edərək, nümayişçilərə atəş açıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İşğalçı İsrail qüvvələri dünən Qəzza zolağında keçirilən "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxilə edərək, nümayişçilərə atəş açıb.

Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən açıqlama verilib. Açıqlamada işğalçı qüvvələrin müdaxiləsi nəticəsində 69 fələstinlinin yaralandığı bildirilib.

Xatırladaq ki, fələstinlilər ötən ilin 30 martından bu yana blokada altındakı Qəzza zolağının İsraillə sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirir. İsrail əsgərləri isə "sürgün edildikləri torpaqlara qayıtmağı və 2006-cı ildən bu yana Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini" tələb edən dinc əhalinin üzərinə atəş açır. İsrail əsgərlərinin davam edən dinc aksiyalara müdaxiləsində 225-dən artıq fələstinli həlak olub.

captcha