IQNA

ŞİƏ Alimlər Şurası bəyanat yayıb: Radikalizmin qarşısında tam gücünüzlə dayanın

22:07 - November 10, 2019
Xəbər sayı: 3486118
Əfqanıstanın ŞİƏ Alimlər Şurası dünən, həftənin Şənbə günü, 9 Noyabr 2019-cu il, sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mübarək mövlud günü münasibəti ilə bəyanat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın ŞİƏ Alimlər Şurası dünən, həftənin Şənbə günü, 9 Noyabr 2019-cu il, sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) mübarək mövlud günü münasibəti ilə bəyanat yayıb.

Bəyanatda Həzrət Məhəmmədin (s) mövlud bayramı münasibəti ilə bütün müsəlmanlara, həqiqət, ədalət və insanlıq sevən insanlara təbrik deyilib.

Bəyanatda deyilir: Bütün müsəlmanlar təfriqəçilərin, irqçilərin və radiklların qarşısında tam gücləri ilə dayansınlar və mübarizə etsinlər.

ŞİƏ Alimlər Şurasının bəyanatında əlavə edilib: İslam Peyğəmbərinin (s) mövlud bayramı dünyaya sülh, ədalət, xurafat, ayrıseçkilik, irqçilik və radikalizmə qarşı mübarizə mesajı verir. Buna görə də Rəbiul-Əvvəl ayının 12-dən 17-dək "vəhdət həftəsi" adlanır. Bu həftə İslam peyğəmbərinin (s) ümmətin kamala çatması və ədalətli bir hakimiyyət qurması üçün çəkdiyi zəhmətləri yenidən gözdən keçirmək üçü bir fürsətdir.   

Bəyanatda deyilir: İslam ümməti bu gün hər zamanda olduğudan vəhdətə daha çox ehtiyaclıdır. Çünki müsəlmanlar hər zamanda olduğundan daha çox ayrılığa və fitnəyə düçar olublar. Bunların hamısı Peyğəmbərin və Quranın hədəflərini anlamamağın nəticəsidir.

https://iqna.ir/fa/news/3855781

Teqlər: Əfqanistan ، iqna ، bəyanat ، radikalizm
captcha