IQNA

 Məscidul-Həramda Zəm-Zəm quyusunun nadir fotosu

9:13 - August 06, 2020
Xəbər sayı: 3487830
Tehran (IQNA) -  Məlik Səud müəssisəsinin sosial şəbəkə hesabında Məcdihul-Həramın (Kəbə evi) qədim tarixini göstərən maraqlı fotolar paylaşılıb.

Bu müqəddəs məkanın daha çox tanıdılması hədəfi ilə paylaşılan fotoların arasında Məscidul-Həramda Zəm-Zəm quyusunun qədim və nadir şəkili də vardır.

Bu ağ-qara fotoda Məscidul-Həramın bir hissəsi və Kəbənin həyətində Zəm-Zəm quyusunun dağıdılmamışdan öncəki halı müşahidə edilir.

Kəbənin həyətindəki Zəm-Zəm suyunun üzərində olan kiçik tikinti təvaf üçün yerin genişləndirilməsi hədəfi ilə dağıdılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəhabi kralları indiyədək dörd dəfə Məscidul-Həramın ərazisini genişləndirmək bəhanəsi ilə bu müqəddəs məkanda olan bir çox tarixi əsərləri məhv edib. /3914821

captcha