IQNA

İran prezident seçkiləri dünya mediasında işıqlandırılır

16:52 - June 18, 2021
Xəbər sayı: 3490093
İranda prezident, xübrəqan, şəhər İslam Şuraları seçkiləri başlayıb. Bu dahisə dünyanın bir çox beynəlxalq medialarında, "kiv", radio və televiziyaların ön səhifəsi və əsas xəbərlərində yer alıb.

İranda prezident, Xübrəqan (Ali Dini Rəhbərin təyin edilməsi), şəhər İslam şurası seçkilərinin başlayıb. Bu dahisə dünyanın bir çox beynəlxalq medialarında, "kiv", radio və televiziyaların ön səhifəsi və əsas xəbərlərində yer alıb.

Frans-Press və Röyters informasiya agentlikləri, Nyu-York Tayms, Vaşinqton Post, Lomond, Le-Fiqaro, Şpigel, Zuddöyçe Saytunq, Bild, Avstriyanın Standart mətbu orqanları,/ CNN, El-Pais, Frans-24, BBC və digər dünya telekanal və mediaları İran seçkilərinin başlanması xəbərinə/ öz xəbərlərinin önündə yer veriblər. Onların hər biri müxtəlif başlıqlarla bu hadisədən danışır.

Frans-24 informasiya kanalı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin, səsvermənin elə ilk dəqiqələrində seçki məntəqəsindəki iştirakını işıqlandırıb.

Əksər xarici medialar İran seçkilərinə dair xəbər və reportajlarında, səhiyyə protokollarına riayət etmək üçün maska taxmış İran xalqının seçki məntəqələrində iştirakı barədəki təsvirlərdən istifadə ediblər.

Bəzi medialar da İran seçkiləri barədəki xəbərləri İran ilə 4+1 qrupunun nüvə müzakirələri mövzusu ilə əlaqələndiriblər.

İranın islami mədəniyyət və irşad nazirinin mətbuat və informasiya məsələləri üzrə müavininin sözlərinə görə, dünyanın beş qitəsini təmsil edən 226 beynəlxalq mediadan olan 500 xarici müxbir və jurnalist 1400-cü il İran seçkilərini işıqlandırır.

13-cü prezident seçkiləri, altıncı şəhər və kənd islami şuralarına seçkilər, 11-ci İslami Şura Məclisinə altı seçki dairəsi üzrə ilk ara seçkiləri və 5-ci Rəhbərlik Xobreqanı Məclisinin dörd seçki dairəsi üzrə ikinci ara seçkiləri bu gün Tehran vaxtı ilə səhər saat yeddidən bütün İranda başlanıb.

İran seçki qərargahının bildirdiyinə görə, 59 milyon 310 min 307 nəfər bu seçkilərdə səsvermə şəraitinə malikdir. Bu miqdardan bir milyon 392 min 148 nəfər ilk dəfə səs verəcək.

Seçki prosesi Tehran vaxtı ilə saat 24-dək davam edəcək. /Sahar TV

captcha