IQNA

İranın Bakıdakı səfiri müxbirlərə müsahibə verib

10:11 - June 19, 2021
Xəbər sayı: 3490094
İranın Bakıdakı səfiri İran İslam Respublikasının izzəti və qüdrəti üçün seçkilərdə yüksək iştirakı önəmli adlandırıb.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla məlumatına əsasən, Seyyed Əbbas Mousəvi bu gün müxbirlərlə müsahibədə bildirib ki, indiyədək Azərbaycan Respublikasında yaşayan iranlıların seçki məntəqələrində iştirakı yaxşı olub. O, ümidvarlıq edibdir ki, İranın taleyinin gələcəyi istər ölkənin daxilində, istərsə də xaricində yaşayan iranlıların hər bir səsi ilə yaxşı şəkildə təyin ediləcək.

İranın Azərbaycan Respublikasındakı səfiri bildirib ki, prezident seçkilərinin bu dövründə yüksək iştirak və yüksək səs, olduqca önəmlidir.

O, qeyd edib ki, bu mühüm məsələ, xarici münasibətlərdə hökumət üçün çox möhkəm bir dayaqdır.

Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi Seyyed Əli Əkbər Ocaqnejad da seçkilərin keçirilməsini mühüm və milli bayram adlandırıb. Bİldirib ki, ölkənin qarşıdakı bir neçə ilinin taleyi bu gün xalqın əli ilə təyin ediləcək.

O, deyib ki, seçki günü, xalq günüdür və İran xalqı, gələcək bir neçə il üçün öz taleyini təyin edən bu böyük və nurlu meydanın rejissorudur.

İranda 13-cü prezident seçkiləri bu gün Tehran vaxtı ilə səhər saat yeddidə başlanıb.

Bu seçkilər İrandan xaricdə yerləşən 450 seçki məntəqəsində və yüz bir ölkədə də keçirilir.

captcha