IQNA

Həzrət Zeynəbi Kübranın (s.ə) yeni zərihi şərifinin taxta karkasının inşası tamamlandı

9:21 - June 20, 2021
Xəbər sayı: 3490102
Həzrət Zeynəbi-Kübranın yeni zərihinin istehsalı çox mərhələli bir istehsaldır. Bu vacib mərhələlərdən biri də taxta skeletdir, çünki metal hissələr taxta çərçivənin üzərinə yığılır.

Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahına aid Zərihi Şəriflər və Müşərrəf Türbələrinin İstehsalat İdarəsi, Həzrət Zeynəbi Kübranın (s.ə) yeni Zərihi Şərifinin inşası üzərində işlərini davam etdirir. Bu çərçivədə qət edilən ən son irəliləmə taxta kostruksiyasının işlərinin tamamlanması olub. İndiki mərhələdə yeni zərihi şərifin metal hissələri istehsal olunur. Hər bir hazır olunmuş hissə daha sonra yığılır.

Şəriflər və Müşərrəf Türbələrinin İstehsalat İdarəsinin şöbə müdiri Seyid Nazim Əl-Qurabi belə bir açıqlama ilə çıxış edib: “Yeni zərihin istehsalı çox mərhələli bir istehsaldır. Bu vacib mərhələlərdən biri də taxta skeletdir, çünki metal hissələr taxta çərçivənin üzərinə yığılır. Bu metal hissələr bunlardır: pəncərə, yan və təməl sütunlar, Qurani-Kərim və şeir kitabələrinin zolaqları, zərihin yuxarı tacı, bəzədilmiş friz və zərihin təməli. Bu səbəbdən bu işə (taxta skeletinə) planlaşdırma içərisində xüsusi bir ərazi verilmişdir. İşlər ümumiyyətlə planlandığı kimi və bir-birinə paralel olaraq davam edir.

Dülgərlik bölməmizin ustaları bu iş üçün bütün imkanlarını səfərbər etdilər. Bu taxta çərçivə yüksək ustalıqla və dizaynına sadiq qalınaraq yüksək keyfiyyətli materiallardan istifadə edilməklə hazırlanmışdır. Bəzi əlavələr də uyğun hesab edildi. İş üçün ən yüksək keyfiyyətli taxta materialı olan Birmadan gətirilən Sac ağacından istifadə edilmişdir. Bu ağac çox xüsusi bir texnika ilə yığılıb.

Bu taxta karkasın bir çox üstün keyfiyyətləri və üstünlükləri var. Bunlardan ən əhəmiyyətlisi bunlardır:

- Düzbucaqlı prizma şəklində taxta skelet / - Uzunluğu 3.70 m. / - Eni 4.70 m. / - Tacın ən yüksək nöqtəsindən ən aşağı nöqtəsinə qədər olan hündürlük 4,04 m-dir. / - Üst tacın hündürlüyü 4.15 m, eni 3.15 m, tacın özü isə 1.10 m-dir.

Karkas dörd əsas sütundan, on yan sütundan, bunlara bitişik yerləşən “dəhnə” adlı barmaqlıqlardan və dörd alt və üst taxta körpüdən ibarətdir. Alt hissədəki körpülər dirəkləri birləşdirir və uzunömürlülük və davamlılıq üçün 5 sm qalınlığında paslanmayan poladla örtülmüşdür. Bu karkasın yuxarı hissəsində də naxışlı bir friz, kitabə zolağı və zərihin tavanı yerləşir.

Bütün metal hissələri daşıyan taxta karkasın tikintisində Birmadan gətirilən Sac ağacından istifadə edilmişdir. Bu taxtaya üstünlük verilməsinin səbəbi bunlardır: iqlim şəraiti, istilik və yüklərə qarşı yüksək müqavimət, ağac qurdları kimi zərərvericilər və s. Bu çərçivədə xam taxta skeletini xüsusi alətlərdən istifadə edərək, kəsdikdən sonra bir çox texniki əməliyyatlardan keçirilmiş və zərih pəncərələrinin çərçivəsinə çevrilmişdir. İşdə istifadə olunan ağacın növü, qalınlığı, gücü və ustalıqla işlənməsi sayəsində istehsal olunan taxta karkas, üzərinə qoyulacaq tonlarla yükü saxaya biləcək hala gətirilib”. /əl-Kəfil / Deyerler.org

 

captcha