IQNA

Mərakeşdə "Cənnət xanımı" filminin nümayişinə qadağa qoyulub

9:42 - June 13, 2022
Xəbər sayı: 3492392
Mərakeş höküməti İngiltərə kinoteatrının istehsalı olan bölücü "Cənnət xanımı" filminin ölkədə nümayişinə qadağa qoyub.

Mərakeşdə İQNA, "Russia Today"-a istinadən xəbər verir ki, Mərakeş Kino Mərkəzi "Cənnət xanımı" filminin yayımlanmasına icazə verməmək qərarına gəlib.

Bu mərkəzdən verilən məlumata görə, qərar şənbə günü, iyunun 12-də 6-cı kral Məhəmmədin sədrlik etdiyi Ali Elmi Şuranın mövqeyinə əsasən verilib. Bəyanatda əlavə olunub ki, Ali Elmi Şura rejissor Eli Kinqin və ssenari müəllifi Yasir Əl-Həbib tərəfindən çəkilən filmdə qeyd olunanları qətiyyətlə pisləyir. Çünki bu film, Mərakeş Krallığının konstitusiyasında göstərilən prinsiplərə ziddir.

4063610

captcha