IQNA

Allah qarşısında necə təvazökar olaq?

20:34 - June 28, 2022
Xəbər sayı: 3492473
Allah qarşısında təvazökarlıq möminin mühüm xüsusiyyətlərindən biri hesab olunur ki, onun müxtəlif cəhətləri üç kəlmə ilə ifadə olunur: Xüzu , xüşu və xəşyət.

"İQNA"-nın verdiyi xəbərə əsasən, Tehranın Mərvi İlahiyyat Məktəbinin direktoru və Əllamə Təbatəbainin (rəh) görkəmli tələbələrindən olan Ayətullah Məhəmməd Baqir Təhriri Allah qarşısında təvazökarlıqla bağlı bəzi məqamları qeyd edib ki, bunları aşağıda oxuya bilərsiniz:

Allahın möminlər üçün qeyd etdiyi sifətlərdən biri də namazda təvazökarlıq sifətidir. "Möminun" surəsinin 2-ci ayəsində buyurulduğu kimi: "O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!". Ayə və hədislərdə xüşu (təvazökarlıq), xüzu (təslimiyyət) və xof (qorxu) arasında fərqlər vardır. Əsasən insan Uca Allaha diqqət və Allaha itaətlə bağlı müxtəlif hallar tapır.

Möminin imanının xüsusiyyəti odur ki, o, Allah qarşısında kiçiklik hissi keçirir. Həqiqətdə, təvazökarlıq halı qəlbin xüsusi təəssüratdır ki, əzəmətli bir varlığın qarşısında insan üçün yaranır. Nəticədə, özünü onun qarşısında kiçik görür. Namaz Uca Allah qarşısında tam təslimiyyətin izharı olduğu üçün namaz qılan şəxsə namazdan əvvəl, namaz əsnasında və sonra yerinə yetirməli olduğu göstərişlər verilir. Bunlar insanın qeyb aləminə, mütləq kamillik olan və bütün varlıqları əhatə edən Allaha inamının göstəriciləridir. İndi bu diqqət abid və ya Quran oxuyan üçün nə qədər çox olarsa və onun qəlbində əqidə şəklində formalaşarsa, ruh da bundan təsirlənir ki, ona xüşu deyirlər.

Bəzən bu təsir üzvlərdə də müşahidə olunur ki, buna xüzu (təslimiyyət) deyilir. Bəzən bədənin üzvləri xüsusi hallar tapır. Namazda misal çəkmək istəsək, deyilir ki, insan ayaq üstə durduğunda başını dik tutmalıdır. Bu qiyam (ayaq üstə durmaq) və xüzu (təslimiyyət) Allah qarşısında aşkar olur. Rükuda xüsusi əyilmək halı ibadət edənin xüzusuna (təvazökarlığına) dəlalət edir. Səcdədə də insan bədəninin yeddi nöqtəsinin yerdə olması vacibdir. Bütün bunlar təvazökarlıq göstərmək üçün zahiri görünüşlərdir ki, mömin üçün Uca Allah qarşısında ürəkdən gələn təəssürat ilə müşayiət olunur.

Xüzu və xüşu insanın Allaha olan mərifətinə bağlıdır ki, öz vücudunun Onunla rabitəsini dərk etməsindən asılıdır. Bu dərk nə qədər güclü olarsa, qəlbin təəssüratı və dəyişiklik halları bir o qədər fərqli olar. Görünüşlər də bununla bağlıdır. Rəvayət olunur ki, hər kimin qəlbi müti olsa, onun üzvləri də müti olar. Əgər belə olarsa, bu insanın namazda diqqəti Allaha olar.

Nəticədə, qəlbin bu halına xüşu (təslimiyyət) deyilir. Amma "xəşyət" insanın qorxduğu şəxslə bağlı nigərançılıq halıdır. Bu da bir növ qəlbin halıdır. Amma insanın qəlbinin halları fərqlidir. "Xəşyət" insanın o əzəmətli varlığın məqamını qoruya bilməyəcəyi üçün qəlbən keçirdiyi bir növ xüsusi narahatlıq halıdır. Əlbəttə ki, bu da qorxu ilə müşayiət olunur. "Xəşyət" və "xof" təqribən bir-birinə yaxındır.

3667781

Teqlər: təvazökarlıq ، namaz ، mömin ، xüzu ، xüşu
captcha