"İQNA", xəbər verir ki, Müqəddəs Ələvi Astanının düşüncə və mədəniyyət bölməsinə bağlı Darul-Quran Nəcəf Əşrəfdə onlarla qari üçün akademik və ixtisaslaşdırılmış Quran tilavəti kursu təşkil edib.
Bu təlim kurslarının rəhbəri Şabir Əl-Hüseyni deyib: "Müqəddəs Hüseyni Astanının Darul-Quranının Quran Təhsil Bölməsi Quran qarilərinin səsini və tonunu təkmilləşdirmək məqsədi ilə xüsusi kurs hazırlayıb".
O, bu kursun bir il davam edəcəyini bildirərək deyib ki, bu təlim kursunda iştirak etmək üçün 75 qari qeydiyyatdan keçmiş, onlardan 58-i qəbul edilmişdir.
Bu arada Hüseyni Astanının tələbələrdən ibarət nümayəndə heyəti Məşhəd və Qum şəhərlərinə Quran səfərini başa vurub.
4076574