"İQNA", "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Misirin Vəqflər Nazirliyi bu nazirliyin ölkə məscidlərində Quran tilavətlərini yaymaq və məscidin təbliğ rolunu gücləndirmək səylərinə uyğun olaraq, dünən Qahirənin Əl-Hüseyn (ə) məscidində misirli məşhur qarilərin iştirakı ilə Quran oxuma məclisi keçirilib.
Şeyx Mahmud Məhəmməd Həsən Əl-Xəşt, Şeyx Əbdül-Fəttah Əli Əbdül-Fəttah Əl-Taruti, Şeyx Əhməd Təmim əl-Məraği, Şeyx Əbdül-Lətif Əl-Əzb Vəhdan, Şeyx Taha Məhəmməd Şaban Əl-Numani, Şeyx Əhməd Əbu Fuyuz kimi Misirin bir sıra böyük qariləri bu Quran məclisində iştirak edib.
4077585