İQNA - Dubay Media Fondu Əl-Əzhərin rektoruna Məhəmməd ibn Rəşid Quran Çap Mərkəzi tərəfindən hazırlanmış nəfis Qurani-Kərim nüsxəsini hədiyyə edərək onu şərəfləndirdi.
İQNA - Argentina prezidenti Xavyer Milei yanvar ayında İsrailə verdiyi dəstəyə görə qazandığı 1 milyon dollarlıq Genesis mükafatını almaq üçün İsrailə səfər edəcək.
İQNA - İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Özbəkistanın tarixi Səmərqənd şəhərini 2025-ci il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edib.
İQNA -Mədinədə Ühüd dağının şimal yamacında Ühüd döyüşünün taleyüklü anlarını xatırladan iki tarixi yer yan-yana dayanır; Məhəmməd peyğəmbərin (s) yaralandıqdan sonra sığındığı Ühüd dağının yarığı və döyüş bitdikdən sonra namaz qılındığı Əl-Fəsx məscidi. Bu tarixi məscid bu yaxınlarda təmir olunub və indi Ühüd dərəsi ilə yanaşı zəvvarların vacib ziyarət və mədəni məkanlarından birinə çevrilib.
İQNA - Somali əsilli müsəlman model Ravza Muhəmməd 2025-ci il Kann Film Festivalında qırmızı xalçadan inamla keçərək hicab və İslami geyimi ilə bir çox qadınlar üçün hicabın güc, azadlıq və mədəni kimliyin simvolu olduğunu vurğuladı.
Səfa və Mərvə arasında səy etmək yalnız Məscidül-həramın yanında bir-birinə baxan iki dağ deyil. Bu iki yer ibadət, tövhid, fədakarlıq və tarixdən bir nişanələrdir ki, Qurani-Kərim bunları Allahın şüarları kimi qeyd edir.