Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, bunu İranın "Şukuhi Fondunun” elmi şurasının üzvi Yusif Beygbabapur deyib.
O deyib ki, Türkiyə kitabxanalarından 100 qədim Quranın dicital kopyalarını almışıq. "Biz bu Quranlardan 10 ədədini xəttatlıq və təzhib (bəzəyinə) görə seçmişik və onları çap edəcəyik”.
Y.Beygbabapur deyib ki, bu Quranlar yeddi, səkkiz, doqquz və onuncu əsrlərə aiddir. "Quranlar Türkiyəli və İranlı xəttatların əl işidir. İlk dəfə olaraq biz bu Quranları çap etmək istəyirik”