IQNA

Türkiyənin ən böyük məscidinin açılış mərasimi gecikəcək

14:02 - June 05, 2018
Xəbər sayı: 3483275
Türkiyənin "mədəniyyət və təhsil xidmətləri və məsicdlərin təsisi birliyi" elan edib ki, bu ölkənin ən böyük məscidinin açılış mərasimi üçün öncədən təyin edilmiş vaxtda dəyişiklik baş verib.

Türkiyənin ən böyük məscidinin açılış mərasimi gecikəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin "mədəniyyət və təhsil xidmətləri və məsicdlərin təsisi birliyi" elan edib ki, bu ölkənin ən böyük məscidinin açılış mərasimi üçün öncədən təyin edilmiş vaxtda dəyişiklik baş verib.

Çamlıca məscidi Türkiyənin müasir dövrdə tikilmiş ən böyük məsicdi hesab edilir. Bu məscid 2013-cü ilin Avqust ayında tikilməyə başlamışdı və qərara alınmışdı ki, bu ilin mübarək Ramazan ayının 27-də açılış mərasimi keçirilsin. Amma məscidin tikintisinda yeni dəyişikliklər edildiyinə görə, məscidin açılış mərasimi başqa bir vaxta keçirildi.

Türkiyə cümhuriyyətinin "mədəniyyət və təhsil xidmətləri və məsicdlərin təsisi birliyi"nin rəisi Ergin Külünk məscidin açılış mərasiminin vaxtının dəyişdiyini elan edərək vurğuladı: Məscidə baş verən bir sıra dəyişikliklərə görə, açılış mərasimi bir necə aydan sonra icra ediləcək.

Qeyd edək ki, Çamlıca məscidi 17 min kv.metrdə İstambul şəhərində inşa edilib və Türkiyənin memarlıq tarixində ən böyük günbəzə malikdir. Bu məscidin 6 minarəsi vardır ki, 4 minarəsinin hündürlüyü 1107 metr və digər iki minarəasinin hündürlüyü isə 90 metdir. Məscidin günbəzinin hündürlüyü 72 metr və diametri 34 metrdir.  

http://iqna.ir/fa/news/3720538   

captcha