IQNA

Azərbaycanda Peyğəmbərin (s) möludu ilə bağlı tədbirlər keçirilib - FOTO

11:06 - November 25, 2018
Xəbər sayı: 3484231
Azərbaycanda xilqətin yaradılma səbəbi İslamın əziz peyğəmbəri həzrəti Muhəmməd (s) və imamət səmasınım 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibətilə bayram tədbirləri keçirilib.
Azərbaycanda Peyğəmbərin (s) möludu ilə bağlı tədbirlər keçirilib - FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycanda xilqətin yaradılma səbəbi İslamın əziz peyğəmbəri həzrəti Muhəmməd (s.ə.s) və imamət səmasınım 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibətilə bayram tədbirləri  keçirilib. 
Maide.Az xəbər verir ki, tədbirlərdə Azərbaycanın müxtəlif bölgələrindən Əhli-beyt (ə)aşiqləri iştirak edib. 
Mərasimlərdə Peyğəmbər (s) və İmam Cəfər Sadiqin şənində şeirlər səslənib, ilahilər oxunub. 
Çıxış edənlər Peyğəmbərin (s) şəxsiyyəti, həyat tərzi və əxlaqından danışaraq bildirdilər ki, bəşəriyyətin yeganə nicat yolu məhz o Həzrətin (s) göstərişlərinə əməl etməkdədir. 
Tədbirlərdə  müsəlmanlar arasında vəhdətin vacibliyi xüsusi olaraq  vurğulanıb. 
 
 
 
 
captcha